MƏMURLARIMIZIN “MÜŞAVİR XƏSTƏLİYİ”... – Sabiq deputat nazirə hansı məsləhətləri verəcək?
CƏMİYYƏT
06.12.2024, 16:11
Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin əksəriyyəti az qala xəstəlik halını almış bir çox “özəlliklərə” malikdirlər. Buraya korrupsiya, qohumbazlıq, yerlibazlıq və s. aiddir. Ən yeni tariximizdə bütün bunlara bir də “müşavirbazlıq” əlavə olunub...
Hələ mərhum vergilər naziri Fazil Məmmədov vəzifədə ikən, yəni, “qılıncının dalı da, qabağı da kəsən” vaxtlarında özünə 10-a yaxın müşavir təyin etmişdi. Hamısı yüksək maaş və “paket” alan həmin müşavirlərin bir neçəsi gerçək peşəkar olsa da, qalanları hansısa qohumluq, dostluq əlaqələri, yaxud kimlərinsə tapşırığı ilə işə götürülmüşdülər. Həmin vaxt mətbuat bu barədə yazandan sonra nazir müşavirlərinin sayını daha da artırmışdı...
İndi də F.Məmmədovun “torpağı sanı yaşayan” elə məmurlarımız var ki, bu ənənəni şövqlə davam etdirirlər. İki ay əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli özünə 4 yeni müşavir təyin edəndə də mətbuat “bir-iki ağız” danışıb dayandı. Həmin vaxt İ.Həbibbəyli 89 yaşlı akademik Telman Əliyevi süni intellekt(!), rəqəmsal inkişaf və innovasiya məsələləri(!), 85 yaşlı akademik Yaqub Mahmudovu ictimai elmlər, 78 yaşlı akademik Möhsün Nağısoylunu şərqşünaslıq məsələləri, 75 yaşlı akademik Adil Qəribovu isə yeni texnologiyalar(!) üzrə müşavir vəzifələrinə təyin etmişdi. AMEA-nın özünün bir qurum kimi effektivliyi, müasir tələblərə cavab vermə səviyyəsi böyük sual altında ikən bu cür yaşlı adamların öz yaşı da 75-i ötən İ.Həbibbəyliyə müşavir təyin edilməsi haqlı sual və narazılıqlar, həmçinin ironiya doğurmuşdu. Ancaq təbii ki, buna məhəl qoyan olmadı və hazırda həmin akademiklər yüksək müşavir maaşı almaqda, elmimiz isə onların sayəsində “sürətlə inkişaf etməkdədir”...
Bu günlərdə isə mətbuatda daha bir maraqlı müşavir təyinatına rast gəldik. Məlum oldu ki, VI çağırış Milli Məclisin deputatı olmuş Jalə Əhmədova Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müşavir təyin edilib.
İstər-istəməz sual yaranır ki, parlamentdəki təmsilçiliyi dövründə hansısa parlaq işi, təşəbbüsü, çıxışı və s. ilə yadda qalmayan, xüsusilə də əmək və sosial məsələlər sahəsində hər hansı bilik və bacarıqları, təcrübəsilə seçilməyən sabiq deputat nazirə hansı məsələlərdə müşavirlik edəcək, nəyin məsləhətini verəcək? Görəsən, bu xanım sosial sahədə nazir Babayevin bilmədiyi nəyi bilir?
Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya Məhkəməsində hakim köməkçisi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit kimi vəzifələrdə çalışıb. Sonra da deputat olub.
Yaxşı, bu vəzifələrin hansında toplanan təcrübə, bilik və bacarıqlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ehtiyacı var? Əgər söhbət hüquq məsləhətindən gedirsə, hər bir nazirliyin, o cümlədən də Babayevin başçılıq etdiyi nazirliyin hüquq şöbəsi və təcrübəli hüquqşünasları var. Belə olan halda, doğrudanmı nazirin hüquq üzrə müşavirə ehtiyacı var və bunun üçün yüksək maaşlı hüquq məsləhəti verən müşavir götürmək lazımdır?
Yeri gəlmişkən, sabiq deputat J.Əhmədovanın özü azsaylı müsahibələrinin birində öz hüquq təhsili və deputat fəaliyyəti barədə danışıb. Deputatlıq fəaliyyəti barədə danışan Əhmədova deyib: “Doğrudur, deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam... Mən hələ özümü o səviyyədə güclü bir siyasətçi, siyasi fikirlərə malik olan deputatlardan hesab etmirəm”.
Təhsilə gəlincə, məlum olub ki, bu xanım da bəzi digər deputatlar və məmurlar kimi vaxtilə ABU-nu, yəni, Elşad Abdullayevin saxtakarlıq, rüşvət yuvası olan Azərbaycan Beynəlxalq Universitetini bitirib.
Əhmədova özü bu barədə müsahibəsində deyib: “Universitetə daxil olana qədər ali təhsilin ciddiyətinə o qədər də önəm vermirdim... Ona görə də, ABU-nu seçdim. Bilirsiniz, o vaxt ora qəbul olunmaq çox rahat idi”.
İndi bu xanım əmək nazirinə müşavirlik edəcək, dövlət qulluqçusu statusu və yüksək maaş alacaq. Əvəzində, minlərlə təhsilli, enerjili, savadlı gənclərimiz işsizdir. Onlar bu cür nazirliklərdə işə düzəlmək üçün min bir əzabdan keçirlər, universitet, magistratura bitirəndən sonra əlavə olaraq, bir də DİM imtahanı verirlər. Lakin bu imtahanlarda yüksək ballar toplamaları belə onların işlə təmin olunacağı anlamına gəlmir. DİM imtahanından keçsələr də, işə qəbul müsahibələrində əksər hallarda nazirliklər “öz adamılarını” keçirirlər. Digərləri isə aylarla, illərlə iş üçün gözləməli olur və bezib ölkədən gedirlər.
Ancaq nə olsun? Bu cür problemlər heç kimi, xüsusi də məmurları, nazirləri qətiyyən maraqlandırmır. Onlar hələ özlərinə müşavir, köməkçi, sürücü, katibə seçməkdədirlər...
“AzPolitika.info”
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
TRAMP VİTSE-PREZİDENTİ İRANLA DANIŞIQLARA GÖNDƏRİR – Ağ Evdən açıqlamalar
Bugün, 00:44 GÜNDƏM
-
Pazeşkian Şahbaz Şəriflə söhbətləşdi: “İstənilən hücuma dərhal cavab veriləcək”
Bugün, 00:07 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:04 CƏMİYYƏT
-
İran İsraili hədələdi: ”Əgər hücum dərhal dayanmazsa…”
08.04.2026, 22:47 GÜNDƏM
-
Litvanın Baş naziri Azərbaycana gəlib
08.04.2026, 21:40 GÜNDƏM
-
Ərdoğan Pakistanın Baş naziri ilə müzakirə aparıb – Telefonda
08.04.2026, 21:21 GÜNDƏM
-
İsrail Livana zərbələri şiddətləndirib, Tramp “Livan anlaşmaya daxil deyil” dedi – Ölənlərin sayı 112 nəfərə çatıb
08.04.2026, 21:19 DÜNYA
-
Ərdoğan Trampla telefonda danışdı – İranla bağlı müzakirə aparılıb
08.04.2026, 19:56 GÜNDƏM
-
Azərbaycan və İran XİN başçıları telefonda danışıb - Nələr müzakirə edilib?
08.04.2026, 19:46 SİYASƏT
-
Zamirə Ədilova vəzifədən ayrıldı - TƏBİB-də ilk dəyişiklik
08.04.2026, 19:38 PRESS
-
Xəzərdə ard-arda zəlzələ oldu - 5.3 maqnitudalı (Yenilənib)
08.04.2026, 18:30 GÜNDƏM
-
Yasamalda yol çöküb - Video
08.04.2026, 18:01 CƏMİYYƏT
-
Aİ-dən enerji bazarındakı bahalaşmaya şərh: "Özümüzü aldatmayaq, tezliklə ucuzlaşma olmayacaq"
08.04.2026, 17:58 İQTİSADİYYAT
-
Prezident və birinci xanım Milli Aviasiya Akademiyasında - FOTOLAR
08.04.2026, 17:37 GÜNDƏM
-
"Beşiktaş"ın prezidenti və baş məşqçisi cəzalandırılacaq
08.04.2026, 17:19 İDMAN
-
Opera və Balet Teatrında qalmaqal: nə baş verir? - Açıqlama
08.04.2026, 17:12 MƏDƏNİYYƏT
-
"Nar" Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub - FOTOLAR
08.04.2026, 17:05 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
08.04.2026, 17:00 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə görüşüb
08.04.2026, 16:55 SİYASƏT
-
SEPAH-dan xəbərdarlıq: “İstənilən hücuma çevik və daha sərt cavab verəcəyik”
08.04.2026, 16:36 GÜNDƏM
-
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
08.04.2026, 16:20 İQTİSADİYYAT
-
Rayonlarda yağıntı intensivləşəcək - Xəbərdarlıq
08.04.2026, 16:09 CƏMİYYƏT
-
Sədr müavinliyindən çıxarıldı, nazirin müşaviri təyin eidldi
08.04.2026, 16:01 İQTİSADİYYAT
-
Milli Məclisinin İnsan hüquqları komitəsində slovakiyalı Ombudsmanla görüş keçirilib - FOTOLAR
08.04.2026, 15:58 SİYASƏT
-
Tramp İranla razılaşmanın gizlinlərini açıqladı: "Sanksiyaların ləğvi..."
08.04.2026, 15:46 DÜNYA
-
Vəzifəli şəxsin sürücüsü qəza törədib
08.04.2026, 15:36 KRİMİNAL
-
İsrail ordusu Beyruta ağır zərbələr endirir
08.04.2026, 15:26 GÜNDƏM
-
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
08.04.2026, 15:16 GÜNDƏM
-
İrana məxus adalarda sirli partlayışlar… - Neft emalı zavodları vurulub (Yenilənib)
08.04.2026, 15:10 GÜNDƏM
-
Cənub zonasında zəlzələ olub
08.04.2026, 14:58 GÜNDƏM
-
Hakan Fidan İran XİN başçısı ilə zəngləşdi
08.04.2026, 14:57 DÜNYA
-
Ali Məhkəmə daha bir mübahisəli iş üzrə vahid qərar qəbul edib - Detallar
08.04.2026, 14:24 KRİMİNAL
-
Vəkillər Kollegiyasından bir vəkil xaric olunub - Açıqlama
08.04.2026, 14:19 CƏMİYYƏT
-
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
08.04.2026, 14:16 GÜNDƏM