Namibiya tarixində ilk dəfə qadın ölkə prezidenti seçilib - O, kimdir?
04-12-2024 [09:35]
34 ildir hakimiyyətdə olan Cənubi Qərbi Afrika Xalq Təşkilatının (SWAPO) namizədi Nandi-Ndaitva ölkənin ilk qadın prezidenti seçilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Namibiya Seçki Komissiyası (NEC) məlumat yayıb.
Bildirilib ki, ilkin nəticələrə əsasən, Nandi-Ndaitva 57,6 faiz səs toplayıb: "Hazırkı vitse-prezident Nandi-Ndaitvah bununla Namibiyanın ilk qadın prezidenti ünvanına sahiblənib".
Xəbərdə deyilir ki, Nandi-Ndaitvanın ən yaxın rəqibi, Dəyişiklik Uğrunda Müstəqil Vətənpərvərlər (IPC) partiyasının namizədi Panduleni Itula 26 faiz, əsas müxalifət partiyası olan Xalq Demokratik Hərəkatının (PDM) namizədi MakHenri Venaani isə 5 faiz səs toplayıb.
Xatırladaq ki, Cənubi Afrika ölkəsi Namibiyada noyabrın 27-də keçirilən seçkilərdə səsvermə bülletenlərin yetərli olmaması və seçicilərin qeydiyyatı üçün istifadə edilən planşetlərdə nasazlıqlar səbəbindən səsvermə bəzi bölgələrində noyabrın 30-na keçən gecəyə qədər davam edib. Müxalifət partiyaları seçkinin təkrar keçirilməsini tələb etsələr də, Seçki Komissiyası maliyyə çətinliyini əsas gətirib, bunu mümkünsüz sayıb.
Namibiyanın ilk qadın prezidenti Nandi-Ndaitvaya gəldikdə isə, o, 1952-ci ildə Ovamboland qəsəbəsində 13 uşaqlı ailədə anadan olub. Gəncliyindən bəri irqçiliyə qarşı müstəqillik hərəkatında fəal iştirak edən Nandi 1975-ci ildən SWAPO sıralarında vuruşub. Namibiyanın müstəqillik qazandığı 1990-cı ildə millət vəkili seçilən Nandi-Ndaitvah Namibiya siyasətinin ən görkəmli qadın simalarından birinə çevrilib. O, 2000-2005-ci illərdə Namibiya Nazirlər Kabinetində Qadınların İşləri və Uşaqların Rifahı Naziri, 2005-2010-cu illərdə İnformasiya naziri, 2012-2014-cü illərdə Ətraf Mühit və Turizm naziri, 2014-cü ildə Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri vəzifələrində çalışıb. 2024-cü ilin fevralında prezident Hage Geingobun ölümündən sonra vitse-prezident təyin edilən xanm Nandi seçkiyə qatılıb və qalib gəlib.
Lamiyə Əhmədli
Mia.az
Myanmada torpaq sürüşməsi: 12 nəfər ölüb, itkin düşənlər var
İsrail Livanın cənubundan geri çəkildi - 11 nəfərin cəsədi tapılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəmsəddin Xanbabayev vəfat edib
"Fənərbağça" - "Konyaspor" oyununda qapılara 5 qol vurulub
İbrahim Kalın HƏMAS rəsmiləri ilə telefonda müzakirə aparıb
Nazir: "Türkiyə Suriyaya enerji tədarükünü artıracaq"
İstanbulda İŞİD-ə qarşı əməliyyat: 6 nəfər həbs olunub
Vaqif Mustafazadənin zəngin həyat yoluna qısa baxış...
Qarabağ zonasında daha 1043.2 hektar ərazi minalardan təmizlənib
Bakıda dələduzluq edənlər tutulub
İsrail ordusu Livanın şərqinə hava zərbələri endirib
"Xəzər Dəniz Gəmiçiliyi"ndə dəyişiklik... - Samir Şərifov Şura sədri vəzifəsindən yola salınır
Bakıda xanım müğənni vəfat edib
"Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı - Şok iddialar
Vüqar Zeynalzadə ev dustaqlığına buraxılmayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda restorana hücum olub - Qrup halında + VİDEO
Sabirabad sakini narkotik vasitə və silahla saxlanılıb
AFFA rəsmisi UEFA tərəfindən təyinat alıb
20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb
Türkiyədə sərnişin avtobusu yanıb - FOTO
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə bağlı şirkət ölkədən böyük məbləğdə pul çıxarıb? - Məhkəmə işi
Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal
İlyas İsmayılov yenidən reanimasiyaya yerləşdirilib
Sabah külək güclənəcək - Xəbərdarlıq
Mehriban Abasquliyeva TƏBİB-dən məhkəməyə şikayət etdi: "Dərəbəylik edirlər, basqın etməli deyilik ki…” - Məhkəmə iclası (YENİLƏNİB)
Türkiyədə İŞİD-ə əməliyyat: 23 şübhəli saxlanılıb
Bərdədə maşın qaz borusuna çırpıldı, yanğın çıxdı - 3 nəfər yanıb
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində belə qarşılandı - FOTOLAR (Yenilənib)
Salyanda ərini doğramaqda ittiham olunan qadın... - Azyaşlı oğlu...
VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILIB - Milyonluq iş üzrə
Hüseynbala Mirələmovun oğlu seçkiyə qatılıb - Bu dairədən
Bəxtiyar Hacıyevə hökm oxunub - Məhkəmə prosesi
60 yaşlı kişi başına güllə sıxıb - Ağcabədidə
Polis Bölməsinə yeni rəis təyin olunub
Heydər Əliyev Beynəlxalq Aeroportunun adından saxta kampaniyalar həyata keçirilir - Xəbərdarlıq
Sabah hava necə olacaq? - Proqnoz
33 dövlət orqanında vakant vəzifələr var
Nargilə Vəliyevaya Ali Məclisdə yeni vəzifə verildi