Türkiyədə İŞİD-ə əməliyyat: 23 şübhəli saxlanılıb

img

13-01-2025 [14:34]


Türkiyədə İŞİD terror təşşkilatı üzvlərinə qarşı yeni əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

Nazir bildirib ki, Manisa, Adana və İzmirdə eyni anda keçirilən əməliyyatla 23 şübhəli tutulub: "Onlardan 13-ü haqda həbs qətimkan tədbiri seçilib, 10-u isə ev dustaqlığına buraxılıb".

Nazir sonda qeyd edib ki, ölkədə terror və terrorçulara qarşı ən üst səviyyədə fasiləsiz əməliyyatlar davam edəcək.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR