Təşkilat sədrinin xanımına "xərac kəsən" iki nəfər belə qandallandı - VİDEO

img

13-01-2025 [14:06]


Ankarada "Həyata Tutunan Körpələr" Təşkilatının sədrinin xanımından şantaj və təhdidlə pul tələb edənlər tutulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbuldan təşkilat sədrinin həyat yoldaşı E.K.-ya zəng edərək “Sən təşkilata olunan yardımları mənimsəmisən. Sənə 20 milyon lirə cəza kəsdik. Ödəməsən, pis olacaq" deyiblər.

Məlumata görə, "xərackəsmə" təhdidindən sonra E.K polisə zəng edib: "Polislərin yönləndirməsiylə E.K.nin əri kafedə T.G və T.M. adlı "reketlər"lə görüşüb. Görüşün sonunda isə polislər qəfil əməliyyatla hər iki şəxsi qandallayıb".

Həmin həbs əməliyyatının videosi aşağıda verilib.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA