8 milyon manata yaxın dövriyyə, 400 manat vergi... – Naxçıvanla bağölı daha bir iddia yayılıb
CƏMİYYƏT
03.12.2024, 11:09
Son illər Naxçıvan Muxtar Respublikasında vergi nəzarətinin keyfiyyətinin yüksəldilməsi və nəzarət tədbirlərində şəffaflığın təmin edilməsi məqsədilə xeyli iş görüldüyü, vergi daxilolmalarının artırıldığı ilə bağlı məlumatlar verilir.
Əvvəlki illərdən fərqli olaraq, 2023-2024-cü illərdə vergi daxilolmalarında artım var. Bəs bu artın nəyin hesabına olub?
Əgər bu artım kiçik sahibkarlara kütləvi şəkildə iri məbləğlərdə vergi cərimələrinin yazılması hesabınadırsda, bu, yaxın gələcəkdə çox ciddi problemlər yaradacaq. Muxtar respublikada kiçik və orta sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin fəaliyyətini dayandırması növbəti illərdə vergi daxilolmalarının kəskin şəkildə aşağı düşməsi ilə nəticələnə bilər.
TNS-in əldə etdiyi məlumata görə, Naxçıvanda kiçik sahibkarlardan yığılan verginin həcmində artım olsa da, milyonlarla dövriyyəsi olan şirkətlər vergi ödəməyib.
Məsələn, Naxçıvanda fəaliyyət göstərən “Sərvət” İnşaat Məhdud Məsuliyyəti Cəmiyyətinin dövriyyəsi 2023-2024-cü illərdə 4 milyon manatdan çox olub. Şirkət cəmi 220 manat vergi ödəyib. “Zirvə qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə dövriyyəsi 3 milyon manatdan çoxdur. Bu MMC də vergidən yayınan şirkətlərdəndir. “Zirvə qrup” cəmi 190 manat vergi ödəyib.
Məlumata görə, dövriyyəsi milyonlarla manat olan “Güvən İnşaat”, “Güvən Ticarət”, “Optimal qrup” Məhdud Məsuliyyətli cəmiyyətləri də vergi ödəməyib.
İddia olunur ki, bu şirkətlərin himayədarı Prezidentin sabiq köməkçisi Əli Həsənovun qardaşı oğlu Anar Həsənovdur. Onun Naxçıvanda yüksək vəzifəli şəxslə dost və şərik olduğu ilə bağlı yerli mediada xeyli məlumat dərc edilib.
Məlumatlı mənbə bildirib ki, hazırda Naxçvan Muxtar Respublikası iqtisadiyyat nazirinin vəzifələrini icra edən, bundan əvvəl isə Dövlət Vergi Xidmətinin rəisi vəzifəsində çalışan Abbas İsmayılov bütün bunlara göz yumub.
Bu faktlar onu göstərir ki, Naxçıvanda vergi inzibatçılığının möhkəmləndirilməsi, şəffaflığın təmin olunması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir, populizmdən başqa bir şey deyil.
Hesab edirik ki, təqdim etdiyimiz faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, ciddi tədbirlər görülməlidir.
Azərbaycanda vergi sahəsində qayda-qanun yaradan, neqativ halların qarşısını qısa zaman ərzində alan iqtisadiyya naziri Mikayıl Cabbarov Naxçıvanda iqtisadi sahədə baş verənlərlə bağlı aparılan araşdırmaları şəxsi nəzarətinə götürsə, ciddi pozuntular aşkarlanacaq, külli miqdarda vergidən yayınma hallarının olduğu ortaya çıxarılacaqdır(TNS.AZ).
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Daşdəmirov Qaradağda 24 kq narkotiklə tutulub
Bugün, 17:26 KRİMİNAL
-
Məşhur aktyorun 3 nəvəsi sığınacağıa yerləşdirilib
Bugün, 17:19 MƏDƏNİYYƏT
-
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi barədə qərar çıxarıldı
Bugün, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Dərsliklərdə plagiat mətnlərlə bağlı iddialara cavab verildi
Bugün, 16:47 CƏMİYYƏT
-
"Sərdar gözünün içinə qədər yalan deyir, Siyavuş da bilir!" - Sabir Rüstəmxanlı
Bugün, 16:31 SİYASƏT
-
Türkiyə Mərkəzi Banknın valyuta və qızıl ehtiyatı kəskin azaldı - Son bir həftədə
Bugün, 16:24 İQTİSADİYYAT
-
İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama
Bugün, 16:05 GÜNDƏM
-
Daha bir tiktoker saxlanıldı
Bugün, 15:51 KRİMİNAL
-
Bu kəndlərə köçənlərə 25 min avro veriləcək
Bugün, 15:29 DÜNYA
-
İslandiyada balıqçı gəmisi batdı: üç dənizçi öldü, 14 nəfər xilas edildi
Bugün, 15:25 DÜNYA
-
Rusiya MN: "Kiyevdəki hərbi sənaye obyektlərinə zərbələr endirdik"
Bugün, 15:21 GÜNDƏM
-
"Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit" vədi ilə dələduzluq...
Bugün, 15:14 KRİMİNAL
-
"Haysiyet" serialı finala çıxır, yerinə isə...
Bugün, 15:07 MƏDƏNİYYƏT
-
SOCAR ilə "Schneider Electric" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Bugün, 15:00 İQTİSADİYYAT
-
İraq və onun 12 il sonra Avropaya çıxarılan nefti: Bağdad nəyi planlayır? - Türkiyənin reaksiyası necə olacaq?
Bugün, 14:57 DÜNYA
-
Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişib
Bugün, 14:48 CƏMİYYƏT
-
Deniz Çakırın ifadəsi yayıldı: "Narkotik satan bir kimsəni tanımıram"
Bugün, 14:29 MƏDƏNİYYƏT
-
BİR MİLYONLUQ QALMAQAL - Şirkət rəhbəri həbs olundu
Bugün, 14:22 KRİMİNAL
-
MƏŞHUR HÜQUQŞÜNASA HÖKM OXUNDU - Namizəd Səfərovla bağlı qərar verildi
Bugün, 14:03 SİYASƏT
-
Ukraynaya verilən F-16-lar... - ABŞ texniki xərcləri Avropaya yüklədi
Bugün, 14:03 DÜNYA
-
Vilayət Eyvazov Masallıda qəbul keçirəcək
Bugün, 13:49 CƏMİYYƏT
-
Paşinyan Rusiya hərbçilərini ölkədən çıxarır - "Yeni Konstitusiya layihəsi Venesiya Komissiyasına göndəriləcək" (Yenilənib)
Bugün, 13:48 SİYASƏT
-
Türk "tiktoker"dən İYRƏNC ETİRAF: "İndi "TikTok"dan pul qazandıram deyə atam və anam mənə mini yubka alır, onları da tərbiyə elədim..." - FOTOLAR
Bugün, 13:21 PRESS
-
Xalq artisti Elmira Şabanova dəfn olunub (Yenilənib)
Bugün, 13:10 MƏDƏNİYYƏT
-
Əməkdar artist Firuzə İbadovanın səhhəti barədə - AÇIQLAMA
Bugün, 13:05 CƏMİYYƏT
-
"Məleykə xanıma əlimizdən gələn köməkliyi edəcəyik” - Misir Mərdanov DU-nun yeni rektorundan danışdı
Bugün, 12:45 CƏMİYYƏT
-
Azərbaycanlı QHT rəhbərləri Ermənistanda: yeni görüş + FOTOLAR (YENİLƏNİB)
Bugün, 12:28 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:15 CƏMİYYƏT
-
Dövlət Baxçalının müavini açılışda pərt edildi: "Ona de, salamını "Apo"ya göndərsin" - "Sənə
Bugün, 12:09 SİYASƏT
-
XİN başçısı: "Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir"
Bugün, 12:03 İQTİSADİYYAT
-
Kafedə 28 yaşlı oğlan bıçaqlanıb
Bugün, 11:50 KRİMİNAL
-
Paşinyanın Konstitusiya layihəsi: bu, Qərbi azərbaycanlılar üçün nə vəd edir? - TƏHLİL
Bugün, 11:33 SİYASƏT
-
Özcan Denizin ürəyində problem var - Məşhur müğənni ayda nə qədər qazanır?
Bugün, 11:17 MƏDƏNİYYƏT