Hacı İbrahim şou-biznesə girdi

img

22-07-2014 [11:00]


Avqustun 23-də Bakıda "Crystall Hall”da baş tutacaq dünyanın ən nüfuzlu gözəllik müsabiqəsi – "Miss Globe İnternational” yarışmasına hazırlıqlar sürətlə davam edir.
Yarışmanın təşkilatçısı "Signs ART Adventure " şirkətinin rəhbəri Nigar Məmmədova AzərTAc-a müsabiqənin detalları barədə ətraflı məlumat verib. O bildirib ki, yarışmada Azərbaycanı təmsil edəcək gözəl Banu Şücai hazırda gərgin məşq edir. Təmsilçimiz öz peşəkarlığını artırmaq və final gecəsi qüsursuz səhnə performansı nümayiş etdirmək üçün məşqlərini Türkiyədə professional xoreoqraflarla davam etdirəcək. Bu məqsədlə "Miss Globe Azərbaycan” komandası avqustun əvvəlində Türkiyəyə yola düşəcək. Təmsilçimiz Banu Şücai və dünya şöhrətli xoreoqrafların iştirakı ilə Türkiyə mediası üçün mətbuat konfransı da keçiriləcək.
Qeyd edilib ki, final gecəsinin möhtəşəm olması üçün əsas təşkilatı işlərlə Türkiyədən gəlmiş "Miss Globe İnternational” komandası məşğul olacaq və 89-cu "Miss Globe İnternational” Beynəlxalq gözəllik müsabiqəsi öz qonaqları ilə də uzun müddət yadda qalacaq.
Vurğulanıb ki, 89-cu "Miss Globe İnternational” 2014-cü il avqustun 23-də Azərbaycanda ilk dəfə olaraq keçiriləcək və müsabiqə 72 ölkədə canlı olaraq yayımlanacaq.
Xatırladaq ki, 120 ölkənin iştirak edəcəyi "Miss Globe İnternational” gözəllik müsabiqəsinin təşkilatçısı "Signs ART Adventure” şirkəti, baş sponsoru isə "Xəzər Adaları” ("Khazar İslands”) layihəsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR