PUTİN TV-yə ÇIXDI, XALQA MÜRACİƏT ETDİ, QƏRBİ HƏDƏLƏDİ: "Əgər şübhəsi olan varsa, yanılır, cavab hər zaman olacaqdır"
22-11-2024 [00:20]
Prezidenti Vladimir Putin Ukraynaya Rusiya ərazilərini vurmaq üçün silah verən Qərb ölkələrini uzaqmənzilli raketlərlə vuracaqları ilə təhdid edib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə o, dövlət televiziya kanalında çıxışında söz açıb.
O, çıxışında Rusiya ordusuna, vətəndaşlarına, dünyadakı dost ölkələrə və Rusiyanın strateji məğlubiyyəti ehtimalı ilə bağlı illüziyaya qapılanlara baş verən hadisələr barədə məlumat vermək istədiyini deyib.
Qərbin Ukrayna ilə münaqişəni gərginləşdirməyə davam etdiyinə diqqət çəkən Putin bildirib ki, ABŞ və onun müttəfiqləri Rusiya ərazisinə zərbə üçün uzaqmənzilli dəqiq silahların istifadəsinə icazə verib: "Bu silahları istehsal edən ölkələrin hərbi ekspertlərinin bilavasitə iştirakı olmadan belə silahlardan istifadə qeyri-mümkündür. Bu da o deməkdir ki, onların, yəni uzaqmənzilli raket verən ölkələrin hərbçiləri bizə qarşı bu prosesdə yer alır. Noyabrın 19-da ABŞ istehsalı olan 6 ədəd ATACMS raketi və İngiltərə istehsalı olan “Storm Shadow” raketləri ilə ərazimizə hücum olub. Noyabrın 21-də isə HIMARS-ləBryansk və Kursk vilayətlərində Rusiya ərazisindəki hərbi hədəflər nişan alınıb. O andan etibarən Ukraynada Qərbin təhrik etdiyi regional münaqişə artıq qlobal xarakter qazandı. Hərçən, Rusiya hava hücumundan müdafiə sistemləri o hücumları dəf edib. Əlbəttə, buradan deyirəm, bu cür silahlardan istifadə bizim xüsusi hərbi əməliyyat zonamızda gedişata təsir etməyəcək, edə də bilməz. Rus qoşunları bütün döyüş xətti boyunca uğurla irəliləməkdə davam edir, edəcək.
Əlavə olaraq, bilmənizi istərəm ki, noyabrın 21-də Amerika və İngiltərənin uzaqmənzilli silahlarının istifadəsinə cavab olaraq, Rusiya ordusu Ukrayna hərbi-sənaye kompleksləridən ən yeni silahlarından biri ilə dəqiqliklə zərbə endirib. Bu, həm də yeni orta mənzilli ballistik raketimizin sınaqdan uğurla çıxarılmasının testi oldu. Bu raketi "Oreşnik" adlandırmışıq. Onunla Dnepropetrovsk şəhərində sovetlərdən bəri məlum olan ən böyük sənaye komplekslərindən biri vurulub”.
ABŞ-ın Avropa və Asiya-Sakit Okean regionunda orta və qısa mənzilli raketlər yerləşdirmək planlarına cavab olaraq orta və qısa mənzilli raketlər hazırladıqlarını açqlayan Rusiya liderinin sözlərinə görə, qarşı tərəf bununla beynəlxalq öhdəliyini pozur: "Əlbəttə, orta və yaxın mənzilli raketlərin daha çox bizə yaxın bölgələrə yerləşdirmələrinə tərəfimizdən adekvat cavablar olacaq. Biz ABŞ və onun "peykləri"nin Rusiya Federasiyasının təhlükəsizliyinə təhdidlərinə qarşı ən yeni raket sistemlərimizi hazır vəziyyətdə saxlayacağıq. Silahlarımızdan doğru zamanda istifadə məsələsində müstəsna qanuni müdafiə haqqımız var və bunu da təcavüzkar hərəkətlərin artması halında görəcəklər. Onun üçün də Rusiyaya qarşı hərbi birləşmələrindən istifadə etməyi planlaşdıran ölkələrin hakim elitalarına ciddi düşünməyi məsləhət görürəm.
Əlbəttə, lazım gələrsə və cavab tədbiri olaraq Ukrayna ərazisində “Oreşnik” kimi sistemlərlə məhvetmə hədəflərini seçərkən biz orada olan mülki şəxslərdən, eləcə də dost dövlətlərin vətəndaşlarından əvvəlcədən təhlükəli əraziləri tərk etmələrini xahiş edəcəyik. Bunu düşmənin müqavimət göstərməsinin qarşısını almaq üçün deyil, humanitar məqsədlə açıq şəkildə, qorxmadan edəcəyik”.
Putin deyib ki, Rusiyanın yeni silahlarının qarşısını ABŞ-ın Avropada qurduğu müasir hava hücumundan müdafiə sistemləri ala bilməz: "Bundan söhbət gedə bilməz. Zatən, onlar bunu “Oreşnik”lə zərbəmizdə də gördülər. Bizim qarşısıalınmaz ən müasir raket sistemlərimiz mövcuddur...".
Rusiya lideri ABŞ-ı bir daha beynəlxalq təhlükəsizlik sistemini çökdürməkdə və Rusiyaya güc tətbiq etməkdə ittiham edib: "Bu proses artıq qlobal savaşa doğru gedir. Beynəlxalq təhlükəsizliyi çökdürən Rusiya deyil, ABŞ-dır. Onlar bütün dünyanı qlobal münaqişəyə sövq edir. Bir daha vurğulamaq istərdim ki, biz həmişə bütün mübahisəli məsələləri sülh yolu ilə həll etməyə üstünlük vermişik və indi də buna hazırıq. Amma bu o demək deyil ki, kimsə bizə hücum etməkdə sərbəstdir və cavab olmayacaq. Əgər kimsə cavabımıza şübhə edirsə, səhv edir, cavab həmişə olacaq...”.
Zülfiyyə Mustafayeva
MİA.AZ
“Uşaqların psixoloji sağlamlığı və inkişafında ailənin rolu” adlı konfrans keçirilib - Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə (FOTOLAR)
Hakan Fidandan Aİ-yə mesaj: "Türkiyənin üzvülüyü ilə bağlı müəyyən fəsillər açılmalıdır"
Türkiyədə zəlzələ olub - 4 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı və Abşeronda tikilən minlərlə qanunsuz evlər - Onların taleyi necə olacaq? (VİDEO)
Azərbaycan Kuboku: "Qarabağ" 1/4-ə yüksəldi
Yaponiya şirkəti ABŞ-da Trampa qarşı iddia qaldırdı - Tariflə bağlı
Azərbaycanın Təbrizdəki yeni Baş konsulu fəaliyyətinə başlayıb
Paşinyan Koçaryanla Sarqsyanı ələ saldı: "Məncə, onlar artıq çoxdan rəqib deyillər"
"Rusiya çox pərvazsız davranır" - NATO Baş katibi Putinin hədəsinə belə cavab verdi
Rusiya "Roblox"u bloklayıb - Səbəb
XİN-də dəyişiklik - Keçmiş səfir idarə rəisi təyin olundu
Türkiyə Kuboku: "Kocaelispor" 2-ci liqa komandasına qalib gəlib
AFFA-da menecerlər və akademiya rəhbərləri ilə görüş olub
Prezident İlham Əliyev fərman imzalayıb
Türkiyədə sorğu: AKP, yoxsa CHP?
Baş nazir Əli Əsədov Qərar imzalayıb
Prezident İlham Əliyev "Dövlət xidmətləri haqqında" qanunu imzalayıb
SOCAR-da növbəti təyinat - Rövşən Nəcəf özünə yeni müşavir götürüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ziraat Türkiyə Kuboku: "Eyüpspor" 6 qolla qalib gəldi
Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir
“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
Yağışlı hava şəraiti davam edəcək
AZCON-da yeni təyinat olub
Emin Əmrullayev sosial mediada adını tağ edən müəlliməyə cavab yazdı: "Əminəm ki..." - FOTO
Gültəkin Hacıbəyli deporta etiraz edib? - İddia var
MİDA-nın satışa çıxardığı sosial mənzillər: qanunsuz satış və həbslər başlayıb - FOTO
Ərdoğan Məsud Bərzaniyə qəzəbləndi: "Bu vahim xətadan dönməli və..."
Tramp: "Bu sənədlər qüvvədən düşdü..."
Kolumbiya prezidenti Trampı təhdid etdi: "Yaquarı oyatma..."
NOYABR VƏ DEKABRIN "ULDUZ"U BİRLİKDƏ
Sergen Yalçın daha bir futbolçudan imtina etdi: "Satın onu..."
Ceyhun Bayramov Avstriyaya gedib
Əmək Məcəlləsinə "Distant iş" anlayışı əlavə edilir
İŞDƏN AZADOLUNMA QAYDASI DƏYİŞİR - Detallar
Sabah hava necə olacaq? - Proqnoz