QƏRB NETANYAHUNU YARIYOLDA QOYDU: ABŞ həbsə "yox" dedi, Kanada, Fransa, Britaniya, İtaliya, Niderland və... - AÇIQLAMALAR
22-11-2024 [00:08]
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant haqqında çıxardığı həbs qərarına nüfuzlu ölkələrdən rəsmi reaksiyalar gecikməyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail hökumətinin ən böyük dəstəkçisi olan ABŞ bu qərarın əleyhinə çıxıb.
Ağ Evdən bildirilib ki, Birləşmiş Ştatlar bu qərarı qəbul etmir: "Biz İsrail rəhbərliyi barədə verilən həbs orderini rədd edirik. Eyni zamanda, qərardan çox narahatıq".
ABŞ-ın yeni prezidenti Trampın yaxın dostu, respublikaçı senator Lindsey Graham isə qərarı "zarafat" sayıb: "Məhkəmə təhlükəli zarafat edib. Senatın bu məsuliyyətsizliyə qarşı tədbir görüb, sanksiyalar tətbiq etməsinin vaxtı çatıb".
Kanada lideri isə ABŞ-dan fərqli düşünür.
Baş nazir Castin Trudeau Kanadanın beynəlxalq məhkəmənin qərarına əməl edəcəyini bəyan edib: "Hər kəsin beynəlxalq hüquqa riayət etməsi həqiqətən çox vacibdir"
Avropa İttifaqının Ali Nümayəndəsi Josep Borrell də BCM-nin qərarını dəsətkləyib: "Netanyahu və Qallantın həbsinə dair orderlər siyasi deyil. Bu, məhkəmə qərarıdır və hər kəs də məhkəmə qərarına hörmət etməli, onu icra edilməlidir".
Niderlandın xarici işlər naziri Kaspar Veldkamp da qərarəı yerinə yetirəcəklərini deyib: "Biz və ölkəmiz BCM-nin müstəqilliyinə açıq şəkildə hörmət edirik. Gərəksiz mübahisələrə girmədən həbs qərarına uyğun hərəkət edəcəyik. Biz Roma Əsasnaməsinə tam əməl edirik".
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristofe Lemoine isə ikibaşlı açıqlama verib: "Fransa məhkəmənin əsasnaməsinə hörmətlə yanaşır". Lakin o, Netanyahu və Qallantın Fransaya gələrkən həbs olunub-olunmayacağını söyləməkdən yayınıb: "Bu, hüquqi baxımdan mürəkkəb bir məsələdir".
Böyük Britaniya isə qərara hörmətlə yanaşdığını təsdiqləyib. Baş nazir Keir Starmerin sözçüsü tərəfindən verilən açıqlamada Böyük Britaniyanın BCM-nin müstəqilliyinə hörmətlə yanaşdığı qeyd edilib.
İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, müttəfiqləri ilə qərarla bağlı fikir mübadiləsi aparacaq: "Ancaq bununla belə, biz BCM-ni dəstəkləyirik. Məhkəmə siyasi deyil, hüquqi rol oynamalıdır"
İsveçin xarici işlər naziri Maria Malmer Stenergard da məhkəmənin qərarını, onun müstəqilliyini və bütövlüyünü dəstəklədiklərini vurğulayıb: "israil rəhbərliyi ölkəmikzə gələrsə, məhkəmə qərarı tətbiq olunacaq"
İrlandiyanın Baş naziri Simon Harris da həbs qərarını ica edəcəklərini deyib.
İsveçrə Federal Ədliyyə Bürosu da Roma Nizamnaməsinə uyğun olaraq BCM-nin qərarıan boyun əyəcəklərini təsdiqləyib.
Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq isə qərarı gülünc adlandırsa da, icra etməyə məcbur olduqlarını qeyd edib.
Xatırladaq ki, Netanyahu qərarın onun üçün yox hökmündə olduğunu qeyd edərək, məqsədlərinə çatana qədər dayanmayacaqlarını deyib: "Boyun əyməyəcəyik və geri addım atmayacağıq".
Lamiyə Əhmədli
MİA.AZ
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı