Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda - FOTOLAR
GÜNDƏM
21.11.2024, 18:56
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühit Naminə Qlobal Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 21-də COP29 Sədrliyi, IDEA İB və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) birgə təşkilatçılığı ilə baş tutan “Qlobal liderlərin dialoqu: Təbiət üçün müsbət gələcəyə nail olmaq məqsədilə iqlim fəaliyyəti və biomüxtəlifliyin qorunması və Paris Sazişinin məqsədlərinə uyğunlaşdırılması” mövzusunda panel müzakirələrində iştirak edib.
Mia.az xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva qonaqları salamlayaraq iqlim dəyişmələri və biomüxtəlifliyin itirilməsinin planetimizə vurduğu zərərin miqyaslarını vurğulayaraq beynəlxalq ictimaiyyət tərəfindən təcili tədbirlərin görülməsinin zəruri olduğunu qeyd edib. Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda bir sıra heyvan növləri, o cümlədən Xəzər pələngi və Asiya şirinin keçmişdə yaşadığı, lakin nəslinin tükənməsi barədə tədbir iştirakçılarına məlumat verildi.
Leyla Əliyeva qeyd etdi ki, 2011-ci ildən etibarən IDEA İB tərəfindən ölkəmizin unikal təbiəti və ekoloji balansın qorunması məqsədilə bir sıra layihə və tədbirlər icra olunub. “Qafqazın Böyük Beşliyi”, zubrlar, ceyranlar və Xəzər nərələrinin mühafizəsi, eləcə də minlərlə könüllülər ilə birgə həyata keçirilmiş çoxsaylı fəaliyyətlər barədə müzakirə iştirakçılarına məlumat verilib. Çıxışının yekununda Leyla Əliyeva daha dayanıqlı və sağlam gələcəyin təmin olunması məqsədilə iştirakçıları yeni tərəfdaşlıqlar və birgə səylər göstərməyə çağırıb.
Daha sonra COP29-un Prezidenti Muxtar Babayev, BTMİ-nin Prezidenti Razan Al Mubarak, təşkilatın baş direktoru Grethel Aguilar, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əməliyyatların koordinasiyası üzrə baş direktoru Çhaya Kapilaşrami, Bioloji Müxtəliflik haqqında Konvensiyanın icraçı katibi Astrid Schomaker, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) baş direktoru İnger Andersen çıxış edərək müzakirə mövzuları ilə bağlı fikir və təkliflərinin iştirakçıları ilə bölüşüblər. Tədbirin davamında hökumət və özəl sektor liderləri, müxtəlif ölkələrin ətraf mühit və ekologiya nazirlərinin iştirakı ilə panel müzakirələri baş tutub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Cevad Prekazi "Qalatasaray" və "Partizan" formaları ilə dəfn edilib
Bugün, 00:35 İDMAN
-
"Uzaq Şəhər"in "Sədaqət"i haqda bu yaşda elə xəbər yayıldı ki... - Özündən 10 yaş balaca ilə...
Bugün, 00:16 MƏDƏNİYYƏT
-
Belçikalı qolkiper: "Arda Gülərin qolu o qollardan biri idi..."
Bugün, 00:14 İDMAN
-
Hakan Fidan Abdullah Çatlı ilə bağlı suala cavab vermədi
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında tarixi sənəd... - Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı (TAM MƏTN)
12.11.2026, 23:15 GÜNDƏM
-
Millətlər Liqası: Türkiyə uduzdu (Yenilənib)
12.11.2026, 22:53 İDMAN
-
İlham Əliyev Çexiya Baş naziri ilə müzakirə aparıb - Dublində
12.11.2026, 22:06 GÜNDƏM
-
Prezident Dublində Kiriakos Miçotakislə görüşüb - Müzakirə + FOTO
12.11.2026, 21:57 GÜNDƏM
-
Xəzər TV Xətaidə tikinti dərəbəyliyindən daha bir süjet yaydı: “Abad həyət" ərazisi də bərbad günə salınıb - VİDEO
12.11.2026, 21:50 CƏMİYYƏT
-
Türkiyədə helikopter qəzaya uğrayıb - 4 hərbçi həlak olub
12.11.2026, 21:47 GÜNDƏM
-
ƏLİYEVLƏ PAŞİNYAN BİR ARAYA GƏLDİ: regionda sülh, sabitlik və... - işçi qrupları yaradıldı + VİDEOLAR, FOTOLAR (YENİLƏNİB)
12.11.2026, 21:22 GÜNDƏM
-
Ağ Ev yaxınlığında silahlı insident: ölən var
12.11.2026, 20:04 DÜNYA
-
Tələbə qıza sataşan müəllim universitetdən qovuldu - Türkiyədə
12.11.2026, 19:56 DÜNYA
-
"Sükut içində addımlar" sənədli filminin təqdimat mərasimi keçirilib - Rəsmilər tədbirdə
12.11.2026, 19:39 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb - MÜZAKİRƏ + FOTO
12.11.2026, 19:30 GÜNDƏM
-
GENERALIN VƏZİFƏLİ QIZI EV DUSTAQLIĞINA BURAXILDI - VİDEO, FOTOLAR (Yenilənib)
12.11.2026, 18:21 GÜNDƏM
-
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Sammitində - VİDEO, FOTOLAR (YENİLƏNİB)
12.11.2026, 18:06 GÜNDƏM
-
Tramp: "İranla yeni razılaşmaya ehtiyacımız yoxdur, o günlər çoxdan keçib"
12.11.2026, 17:50 GÜNDƏM
-
17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası... - Sminar keçirilib
12.11.2026, 17:50 GÜNDƏM
-
Naxçıvan Şəhər İcra Hakimiyyətində rüsvayçılıq: işçi qəbula gələn qadının nömrəsini götürdü, daha sonra isə... - Xəbər rəsmən təsdiqləndi
12.11.2026, 17:42 CƏMİYYƏT
-
II Qareginin qardaşı azadlıqdan məhrum edilib
12.11.2026, 17:23 SİYASƏT
-
Səhiyyə Nazirliyi açıqlama yayıb
12.11.2026, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.11.2026, 17:00 İQTİSADİYYAT
-
"Yazıçılar Birliyinə məni kişilər seçmişdi" - "Əsl kişilik bığ-saqqal saxlamaqla ölçülmür"
12.11.2026, 16:57 MƏDƏNİYYƏT
-
Ərdoğan "Gecikməyin!" təlimatı verdi - Adı seks qalmaqalında da hallanan deputatın toxunulmazlığı qaldırılır
12.11.2026, 16:43 SİYASƏT
-
Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12.11.2026, 16:37 CƏMİYYƏT
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
12.11.2026, 16:30 GÜNDƏM
-
Jurnalist Atatürk haqqında xoşagəlməz paylaşım etdi, mafiya lideri araya girdi - İşindən oldu
12.11.2026, 16:17 PRESS
-
“Azercell” Gəncə və Xankəndidə müəllimlər üçün təlim keçirdi
12.11.2026, 16:05 İQTİSADİYYAT
-
İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - Nələr müzakirə olunub?
12.11.2026, 15:57 GÜNDƏM
-
GENERALIN QIZININ HƏBSİ BARƏDƏ ŞOK MƏLUMAT - General tutdurub, o, kimdir? + AÇIQLAMA
12.11.2026, 15:41 GÜNDƏM
-
Rektor deputatın şirkəti ilə sövdələşib
12.11.2026, 15:28 İQTİSADİYYAT
-
Sabiq deputatın adı daha bir qalmaqalda hallanır
12.11.2026, 15:20 CƏMİYYƏT