Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat: 16 nəfər qandallanıb

img

22-11-2024 [00:07]


Türkiyədə İzmirdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı növbəti uğurlu əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, İzmirdə keçirilən əməliyyatla daha 16 şübhəli saxlanılıb: "Onlar gizləndikləri evdə yaxalanılıblar. Məhkəmə qərarı ilə onların hər biri haqqında həbs tədbiri seçilib".

Xəbərdə deyilir ki, saxlanılanların evlərində axtarışı zamanı çoxlu sayda rəqəmsal materiallar, təşkilata aid sənədlər və pul ələ keçirilib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 19.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA