"Bu şəhərdə"nin prodüseri 1500 manat cərimələnib - Böhtan və təhqiərə görə

img

19-11-2024 [16:26]


"Bu şəhərdə"nin prodüseri və ssenaristi Müşfiq Abbasov məhkum olunub.

Mia.az Gununsesi.info-ya istinadən xəbər verir ki, buna səbəb onun işgüzar münasibətdə olduğu, lakin sonradan münasibətinin pozulduğu şəxslərdən birinin iddiası olub.

Belə ki, həmin şəxs Müşfiq Abbasovun Cinayət Məcəlləsinin 147- (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) 148-(Təhqir)maddələri ilə həbs edilməsini tələb etsə də, işə baxan Xətai rayon Məhkəməsi bu iddianı qismən təmin edərək onu Cinayət Məcəlləsinin 148-ci-(Təhqir) maddəsi ilə təqsirli bilib və 1500 manat məbləğində cərimə edib.

Daha detallı məlumatları növbəti araşdırmada təqdim edəcəyik


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA