19-07-2014 [21:26]
"Müdafiə Nazirliyi ilə baş redaktorlar arasında qeyri-rəsmi bir anlaşma baş tutdu”.
Bu sözləri "Teleqraf MMC”-nin baş direktoru Aynur Camalqızı dünən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən ölkənin aparıcı media nümayəndələrinin görüşü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyi ilə media arasında münasibətlərin normal müstəvidə inkişafı üçün bu addım atılmalı idi:
"Mətbuat Şurasının təklifi ilə digər bütün qurumlarla da mütəmadi olaraq belə görüşlər keçirilməlidir. Ümumiyyətlə, orduda baş verən hər bir hadisə ictimaiyyəti düşündürür. Bu baxımdan, biz orada nazir müavini general-leytenant Kərim Vəliyevlə çox səmimi söhbətlərimiz oldu. Biz də öz fikirlərimizi, təkliflərimi çatdırdıq, Müdafiə Nazirliyi ilə daha operativ şəkildə işləmək istədiyimizi bildirdik. Onlar da bizə bunun üçün söz verdilər. Media ilə olan münasibətlərini daha da gücləndirəcəklərini bildirdilər. Nazirlikdə redaktorlar arasında qeyri-rəsmi bir anlaşma da baş tutdu. Milli maraqlar və dövlətçilik əleyhinə olan dəqiq olmayan məlumatların mətbuatda getməməsi üçün razılığa gəldik”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də Müdafiə Nazirliyinin bu təklifini təqdirə layiq addım adlandırdı:
"Görüşün ən önəmli cəhəti olduqca səmimi və açıq bir söhbətin baş tutması idi. Görüş zamanı nazirliklə media arasındakı əlaqələrin inkişafı baxımından həddindən artıq maraqlı və düşündürücü təkliflər səsləndirildi. Belə görüşlərin davamlılığı üçün də təkliflər irəli sürüldü. Mən ümid edirəm ki, bu görüş növbəti belə tədbirlərin keçirilməsi üçün başlanğıc olacaq. Bunu ənənəni davam etdirmək həm mətbuatın, həm də nazirliyin marağındadır”.
"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da görüşün media üçün əhəmiyyətli olduğunu bildirdi:
"Mətbuat üçün böyük əhəmiyyət kəsb edən tədbir baş tutdu. Bu gün cəmiyyəti düşündürən bütün əsas məsələlər müzakirəyə çıxarılmışdı. Bu görüş ordu komandanlığı ilə mətbuatın çox səmimi bir dostluğuna növbəti təkan oldu. Mətbuatın irəli sürdüyü təkliflərə ordu komandanlığı öz münasibətini bildirdi. Ermənistanın Azərbaycana qarşı apardığı informasiya siyasətinə ölkə mediasının, jurnalistlərinin münasibəti kimi əsas məsələlər bütün detalları ilə müzakirə edildi. Hesab edirəm ki, bu həm ölkə, həm media üçün ən əhəmiyyətli görüşlərdən biri idi. Bu son 20 ildə baş tutan ən əhəmiyyətli görüşlərdən biri oldu. Bunun çox müsbət nəticələri olacaq”.
Qeyd edək ki, iyulun 18-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələrinin görüşü keçirilib(axar.az).
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq