BMT-nin Ali komissraı: "Vətəndaş müharibəsi 3 milyon insanın ölkədən qaçmasına səbəb olub"

img

06-11-2024 [00:20]


"Sudanda 2023-cü ilin aprelindən başlayan vətəndaş müharibəsi 3 milyondan çox insanınölkədən qaçmasına səbəb olub".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu açıqlamanı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi verib.

O bildirib ki, bu say günü gündən artır: "Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında davam edən vətəndaş müharibəsi vahiməli durum yaradıb. Görüən odur ki, bu, hələ bir müddət davam edəcək..."

BMT rəsmisi tərəflərə silahı yerə qoymağa, danışqlara başlamağa çağırıb

Xatırladaq ki, Sudanda Ömər əl-Bəşirin 30 illik hakimiyyəti xalq üsyanı ilə devrilməsindən sonra mülki şəxslərin iştirakı ilə qurulan hökumətə qarşı birgə çevriliş edən ordu ilə HDK arasında 18 aydır hakimiyyət mübarizəsi gedir

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:11 05.12.2024

Sabah yağış yağacaq