Türkiyə super liqasında daha bir istefa - Baş məşqşi vəzifəsindən ayrıldı

img

04-11-2024 [00:03]


Türkiyə superliqasında daha bir Baş məşqçi istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Bodrum FK" ilə səfərdə qolsuz bərabərə qalan "Alanyaspor"un baş məşqçisi Fatih Tekke komandanın sükanı arxasından çəkilib.

Bu barədə o, oyundan  sonra açıqlama verib: "Təəssüf ki, burada istədiyimizə nail ola bilmədik. Bu səbəbdən getməyə qərar verdik...".

Xatırladaq ki, "Alanyaspor" bu mövsüm liqada 11 matçda 5 məğlubiyyət, 4 heç-heçə və 2 qələbə qazanıb.

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR