Xalq artistinin qızı: "...özüm öz həyatımı yaşayım"

img

17-07-2014 [17:29]


Xalq artisti Nurəddin Mehdixanlının aktrisa qızı şəxsi həyatında baş verənlərdən danışıb.

MİA Gecce.az-a istinadən verdiyi məlumata görə, Kəmalə Quliyeva ikinci dəfə ailə qurmaq istəmədiyini bildirib:

"Qızım artıq orta məktəbdə oxuyur. İkinci ailə haqqında düşünmürəm, ömrümün sonunadək evlənmək istəmirəm. Məncə bir qız anası üçün bu doğru addım deyil. Bir il öncə tanıdığım bir şəxs evimizə elçiliyə gəlmişdi. Amma ailəm bunu istəmədi. Sonradan mən də başa düşdüm ki, özüm öz həyatımı yaşayım. Öz əziyyətimlə qızımı böyüdüm. Hal-hazırda yeni seriallara təklif almışam. Qonorarları da yaxşıdır. Sentyabrdan etibarən yenidən efirə qayıdıram. Bundan əlavə, müəllifi olduğum şeir parçalarımdan birinə klip çəkdirməyi düşünürəm. Onu da sentyabr ayında tamaşaçılara təqdim edəcəyəm”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA