Türkiyədə hərbi maşın aşıb - 6 hərbçi yaralanıb

img

31-10-2024 [00:03]


Bu gün Türkiyənin Şırnak şəhərində hərbi maşını qəzaya uğrayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Şırnak-Cizrə yolunun 30-cu kilometrliyində, Koçbey kəndi ərazisində "Kirpi" tipli zirehli hərbi maşın bəlli olmayan səbəbdən xəndəyə aşıb: "Qəzada "Kirpi"də olan 6 hərbçi yaralanıb. Onlar bölgəyə sövq edilən 112 Təcili Yardım maşınları ilə Şırnak Aydoğan Aydın Dövlət Xəstəxanasına aparılıblar. Onların həyatına təhlükə yoxdur..."

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA