17-07-2014 [16:14]
MİA Komissiyanın saytına istinadən xəbər verir ki, girovların sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ gündəlik diqqət mərkəzindədir və onunla bağlı bütün zəruri tədbirlər görülür. Ermənistanın rəsmi dairələrinin yaydığı məlumatların əksinə olaraq bildiririk ki, girov götürülmüş şəxslər 12 avqust 1949-cu il tarixdə qəbul edilmiş Cenevrə Konvensiyalarının himayəsi altındadır və onlarla davranış həmin beynəlxalq sənədlər çərçivəsində olmalıdır. Ancaq Ermənistanın Müdafiə Nazirliyi saxlanılan şəxslər "hərbi əsir deyil” deməkdə haqlıdır. Ona görə ki, həmin şəxslər Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində böyüyüb başa çatmış və ata-babalarının məzarı həmin ərazilərdə qalmış mülki insanlardır. Mülki şəxslərlə isə "Müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust Cenevrə Konvensiyası”nın tələblərinə uyğun davranılmalıdır.
Həmin konvensiyanın 4-cü maddəsində bu dəqiq ifadə edilmişdir. Bu məqam aidiyyəti beynəlxalq təşkilatların da diqqətinə çatdırılıb. Kəlbəcər rayonu ərazisində girov götürülmüş şəxslər erməni tərəfinin iddia etdiyi kimi, heç bir dövlət sərhədini pozmamış və suveren Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış ərazisində olublar.
Əsl sərhəd pozucusu isə 10 yanvar 2010-cu il tarixdə 5 nəfərdən ibarət ailə üzvü ilə «Yeraz» markalı maşınla Ermənistan Respublikasının Naxçıvan MR ilə sərhəd ərazisini keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış Gevorkyan Yeqişe Petrosoviçdir. Həmin dövrdə Azərbaycan Respublikası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Gevorkyanla sərhəd pozucusu kimi davrana bilərdi. Lakin, beynəlxalq hüquq normalarına həmişə hörmətlə yanaşmış Azərbaycan Respublikası Gevorkyana və onun ailəsinə münasibətdə humanitar hüquq normalarını əsas götürüb.
Diqqəti çəkən və narahtçılıq doğuran məqamlardan biri isə Ermənistanın rəsmi strukturlarına istinad edən erməni kütləvi informasiya vasitələrində məsələ ilə bağlı ziddiyyətli, bir çox hallarda isə biri-birini təkzib edən məlumatların yayılması, eyni zamanda onların guya bir hərbçini və bir mülki şəxsi öldürməkdə günahlandırılmasıdır. Hətta Dağlıq Qarabağda qurulmuş separatçı rejimin "yetkililəri” bir az da uzağa gedərək bu məsələnin danışıqlar prosesinə ciddi zərbə vuracağı kimi siyasi bəyanatlar verməkdən belə çəkinmirlər. Dövlət Komissiyası bildirir ki, məsələyə kriminal və ya siyasi don geyindirilməsi beynəlxalq humanitar hüquq normalarına hörmətsizlikdir və saxlanılan şəxslərə bu normalarının tətbiq dairəsindən kənar münasibət qəbul edilməzdir.
Bununla yanaşı, Komissiya Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürülmüş azərbaycanlılarla bağlı kütləvi informasiya vasitələrində yoxlanmamış məlumatların yayılmasından da narahatçılığını ifadə edir. Təhlil göstərir ki, hadisə ilə bağlı məlumatlar bir çox hallarda dəqiqləşdirilmədən, tələsik dövriyyəyə buraxıldığı üçün əsas mahiyyətini itirərək sensasiya xarakteri alır. Hətta, girov götürülmüş vətəndaşların qohumu olmayan şəxslərə istinad edilərək guya saxlanılan şəxslərdən birinin onlara Kəlbəcərdən zəng edərək bir nəfərin öldürülməsi, digərinin gözünün çıxarılması barədə məlumat verdiyini yazırlar. Aparılan araşdırmalar, eyni zamanda girovların yaxın qohumları isə belə zəngin olmadığını təsdiq edir.
Digər bir halda isə saxlanılan şəxslərdən birinin evinin və mağazasının olması kim məsələyə aidiyyəti olmayan məlumatlar yayılır. Misalları artırmaq da olar. Bu məsələ insan taleyi ilə bağlı olduğu və həssas xarakter daşıdığı üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hazırda Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş vətəndaşlarımızla bağlı məlumatları yayarkən bir çox hallarda təxəyyüldən doğan fikirlərdən uzaq olmağa və saxlanılan şəxslərin sonrakı taleyi ilə bağlı aparılan işə zərər verə biləcək hər hansı materialı yaymaqdan çəkinməyə çağırır.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq