İordan çayının qərb sahilində daha 15 fələstinli həbs olunub

img

29-10-2024 [14:57]


İsrail əsgərləri bu gün işğal altındakı İordan çayının qərb sahilində hıbsləri davam etdirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinli Əsirlər Dərnəyi məlumat yayıb.

Məlumata görə, bu gün müxətlif istiqamətlərdə aparılan əməliyyatla 15 fələstinli saxlanılıb: "Bununla da 2023-cü il oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə saxlanılan fələstinlilərin sayı 11 min 500-ü keçib".

Firidin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR