Tanınmış jurnalistin ailəsində faciə

img

17-07-2014 [13:45]


Ayaz Nizamioğlunun azyaşlı övladı eyvandan yıxılaraq dünyasını dəyişib.

"Qafqazinfo”ya daxil olan məlumata görə, dünən axşam Azərbaycanın tanınmış jurnalisti Ayaz Nizamioğlunun Maqsud adlı üç yaşlı oğlu yaşadığı mənzilin dördüncü mərtəbəsindən yıxılıb. Yaxınları uşağı dərhal Respublika neyrocərrahiyyə xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu gün Maqsudu Ağsu rayonunun Sanqalan kəndində dəfn ediblər. Şənbə günün Bakıda yas mərasimi olacaq.

Xatırladaq ki, əvvəllər ANS kanalında çalışan A.Nizamioğlu hazırda Azərbaycan Jurnalistlər Şəbəkəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəridir.

Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA