Çadda hərbçilərə qarşı terror - 40-dan çox əsgər həlak olub, yaralılar var

img

29-10-2024 [00:37]


Afrika ölkəsi Çadda hərbçilərə qarşı terror aktı həyata keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə oktyabrın 27-nə keçən gecə Çad gölü əyalətində hərbi bazada baş verib.

Məlumata görə, hərbi obyektə təşkil edilən terror aktı nəticəsində 40-a yaxın Çad əsgəri həyatını itirib, 100-dən çox yaralı var.

Türkiyə XİN baş verən terror aktı ilə bağlı ÇAD hökumətinə başsağlığı verib: "Çad xalqına başsağlığı verir, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirik".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR