Arda Turanın komandası xal itirib

img

29-10-2024 [00:05]


Türkiyə Super Liqasının 10-cu turunda "RAMS Başakşehir" öz meydanında "Eyüpspor"la üz-üəz gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qarşılaşma 1:1 hesablı ilə başa çatıb.

Oyunda hesabı arda Turanın baş məşqçisi olduğu “Eyüpspor” 28-ci dəqiqədə Tiamın qolu ilə açıb.

"Başakşehir" bu qola 59-cu dəqiqədə penaltidən Opokunun dəqiq zərbəsiylə cavab verib - 1:1.

Bu nəticədən sonra "Başakşehir" 15 xala, "Eyüpspor" isə xalını 16-ya yüksəldib.

11-ci turda "Başakşəhər" səfərdə "Konyaspor"la, “Eyüpspor” isə “Hatayspor”la qarşılaşacaq.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA