Suriyanın şimalında daha 14 terrorçu zərərsizləşdirilib

img

28-10-2024 [15:19]


Bu gün Türkiyə ordusu Suriyanın şimalında Fərat Qalxanı və Barış bulağı bölgələrində PKK/YPG terrorçularına ağır zərbə vurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, adıçəkilən bölgələrdə daha 14 PKK/YPG terrorçusu zərərsizləşdirilib: "Biz mübarizəmizdə qətiyyətliyik".

Nazirlik bu gün həmçinin İraqın şimalında hava əməliyyatları ilə 23 terrorçunun zərərsizləşdirildiyini də catırladıb: "Bununla da İraq və Suriyanın şimalında bu gün zərərsizləşdirilən terrorçuların sayı 37-yə çatıb".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA