Qənimət Zahiddən professora cavab

img

16-07-2014 [17:26]


Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə Obyektiv televiziyasına verdiyi müsahibədə "Azadlıq” qəzeyinin ünvanına səsləndirdiyi fikirlər narazılıqla qarşılanıb. Mia-nin xəbərinə görə, Bu barədə "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid açıqlama verib. "Hörmətli Ədalət Tahirzadə (mən onun artıq, professor ola bildiyini dünən öyrəndim) "Azadlıq” qəzeti haqqında fikir bildirib. Ikinci dəfə olduğuna görə rəy bildirməyi vacib saydım. Ədalət bəy jurnalist deyil, heç zaman qəzetçi də olmayıb. Qısa müddət ərzində "Azadlıq”da redaktor müavini olub. Müavin işlədiyi dövrdə də nə etməli olduğunu heç zaman bilməyib, ona görə də, ictimai yumorun hədəfi olub. Həmin dövrdə Azadlıqda işləyənlərin əksəriyyəti, o cumlədən, Xaliq Bahadır, Əli Kərimli, Muxtar Qaradaşlı, Tapdıq Fərhadoğlu və başqaları yaxşı xatırlamalıdırlar. Ədalət bəy Meydan Hərəkatının gündəliyini yazıb və bu, böyük işdir. Amma onun qəzet və qezetçilik haqqında münasibət bildirməsi kompeyensiyasından kənarda olan məsələdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA