Partiya sədri iş adamını ölmüş at əti satmaqda şantaj edib? - Məhkəmə prosesi
25-10-2024 [14:29]
Dələduzluq və hədə qorxu ilə tələb etmədə təqsirləndirilən İdeal Partiyasının və saytının rəhbəri Nazim Quliyevin cinayət işinin məhkəmə baxış iclası keçirilib.
Mia.az oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilkin olaraq təqsirləndirilənin hazırlıq iclasında dəqiqləşdirilməmiş bəzi anket məlumatlarına aydınlıq gətirilib. Bundan sonra Nazim Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Prosesin ikinci mərhələsində dövlət ittihamçısı təqsirləndirilən sabiq sayt rəhbərinə ittiham aktını elan edib. Nazim Quliyev isə öz növbəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
Məhkəmənin növbəti iclası noyabrın 22-nə təyin edilib.
İbtidai istintaqla müəyyən edilib ki, Nazim Quliyev müxtəlif vaxtlarda özünü vəkil kimi təqdim edib, yalan vədlər verərək zərərçəkmişlərin bir qisminin pullarını dələduzluq yolu ilə ələ keçirərək şəxsi məqsədləri üçün istifadə edib.
Belə ki, o, rəhbəri olduğu "İdealmedia.az" saytında Binə Atçılıq İdman Klubunda ölmüş atların ətinin satılması barədə xəbər yayacağı ilə bağlı Natiq Zeynalov adlı iş adamını təhdid edərək, məlumatın yayılmaması üçün həmin şəxsdən pul alıb.
Daha sonra o, digər zərərçəkən, 16 saylı poliklinikada çalışan Məleykə Həsənovanın qanun pozuntularına yol verməsi, pulsuz verilməli olan dərmanları satması barədə öz saytında xəbər yayacağını onun həyat yoldaşına söyləyərək külli miqdarda vəsait ələ keçirib.
Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə); 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə); 182.2.2 (hədə-qorxu ilə tələb etmə - təkrar törədildikdə) və 182.2.4 (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə İftixar Həsənov, Səlfəddin Şirinov, Natiq Zeynalov, İlahə İlyasova və Cəlaləddin Cəfərov zərərçəkmiş qismində tanınıblar.
Nazim Quliyev 2009-cu ildə rüşvət, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılıb.
Qarabağ Universitetinin yataqxanası istifadəsinə verildi - FOTOLAR
Müğənni Xatirə İslamla Tacir Şahmalıoğlu asında qalmaqal böyüyür
İSRAİLİN SURYAYA TƏKLİF ETDİYİ SAZİŞ: "Bu şərtlərə əməl etsəniz, ölkənizdən çıxarıq"
Bakı metrosunda iş rejimi dəyişib
Azərbaycan Kuboku: püşk atılıb
Yağışlı hava bu tarixədək davam edəcək
MİT direktoru Suriyaya gedib - Ahmet Şara ilə müzakirə olacaq
Şirvan şəhərində yoxlama... - İcra Hakimiyyəti açıqlama yaydı
Partiya funksionerini şantaj ediblər - Oğlunun əməli ilə
Qəzzada daha 29 nəfər ölüb
GENERALIN ƏMLAKLARINA HƏBS QOYULDU - Məhkəmə işi
Lənkəranskinin qardaşının 700 minlik villası ilə bağlı fırıldaq... - Fuzuli rayon sakini haqda məhkəmə qərar verdi
Çempionlar Liqası: Osimhen oynamayacaq?
"Qarabağ" Joze Mourinyoya qapı açdı - "Benfika"də dəyişilik
"Azərpoçt"un adından saxta mesajlar yayılır
İsrail ordusu Qəzza zolağına 50 hava zərbəsi endirib
CHP-yə qarşı daha bir həmlə - Bələdiyyə sədri qandallandı
Misli.az qadın futbolunu niyə bloklayır?
Sabah hava necə olacaq? - Proqnoz
BU DÖVLƏT QURUMALARININ İŞÇİLƏRİ 5 GÜN EVDƏN İŞLƏYƏCƏK - SİYAHI
Deputatdan təklif: "Yaxşı olardı ki, vergi güzəşt müddəti uzadılsın"
“Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən?" - Deputat " yaxası əldə olan bizik" deyir
Türkiyədə gərgin siyasi atmosfer: hansı partiya önə çıxır? - SORĞU
ABŞ "TikTok"un 80 faizini alıb - Şərtlər açıqlandı
"Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir" - İlham Əliyev "Qarabağ"ı təbrik edib
İlham Əliyev Trampdan yazdı: "Dostluğumuzu yüksək dəyərləndirirəm"
Türkiyədə FETÖ-yə qarşı əməliyyat davam edir - Saxlanılanlar var
Türkiyə Mərkəzi Bank uçot faizlərini aşağı salıb
Bakıda avtobus qadını vurub
Azərbaycan nefti 70 dollara qalxdı
Milli Məclisdə "Böyük Qayıdış"la bağlı müzakirələr aparılacaq
Sumqayıtda ər arvadını, daha sonra isə özünü öldürüb
"Futbol artıq elə bil səviyyəyə çatıb ki, burada asan rəqib olmur" - Qurban Qurbanov
Bakıda İsrail və Suriya nümayəndələrinin görüşü keçiriləcək
İstanbulda saxlanılan bələdiyyə sədri haqqında qərar verildi
Yəməndə öldürülən 32 jurnalist torpağa tapşırılıb
Papua-Yeni Qvineyada zəlzələ baş verib - 6 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Baş məşqçi niyə pərt olmalıdır, Anar Hacıyev?! - "Məni aparın ora, sual verim də Qurbanova..."
Ali Koçun rəqiblərindən bir geri çəkildi