Rəşad Sadıqov qəzaya düşüb

img

25-10-2024 [12:14]


"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov xoşagəlməz hadisə ilə üzləşib.

Mia.az sportinfo.az-a istinadən xəbər verir ki, olay dünən gecə saatlarında, Tofiq Bəhramov adına Respublika stadionunun ərazisində baş verib.

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində "Ayaks"la matçını (0:3) tribunadan izləyən mütəxəssis arenanın ikinci çıxışında qəza keçirib.

Onun "Range Rover" markalı avtomobili digər maşın tərəfindən vurulub. Şahidlərin verdiyi məlumata görə, Sadıqov hadisədən sonra özünü itirməyib, təmkinini qoruyub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:09 26.10.2024

Sabah yağış yağacaq