İsrailin 5 əsgəri Livanda həlak olub - 7 yaralı var

img

25-10-2024 [00:04]


Livanda İsrail hərbçiləri ilə "Hizbullah" qüvvələri arasında üz-üzə döyüşlər qızışır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bugünki döyüşlərin birində İsrailin daha 5 hərbçisii həlak olub.

İsrail ordusu faktı təsdiqləyib və əlavə edib ki, 7 hərbçi də yaralanıb: "Bununla da sentyabrın 30-dan bəri Livanda başlatdığımız quru əməliyyatında həlak olan  İsrail əsgərlərinin sayı 24-ə çatıb".

Xatırladaq ki, "Hizbullah" az əvvəl açıqlama yayaraq ölkənin cənubunda yerləşən Ayta əş-Şaab qəsəbəsinə İsrail tankının vurulduğunu elan edib. Qruplaşma bildirib ki, tank və onun ətrafında olan əsgərlərin xeylisi ölüb, yaralılar var.
 
Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA