Mətbuat katibi: "ABŞ və Yaponiyanın təlimləri Asiya Sakit Okeanda gərginliyi artırır"

img

24-10-2024 [00:33]


“ABŞ və Yaponiyanın təlimləri Asiya Sakit Okeanda gərginliyi artırır”.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi mətbuat konfransında söyləyib.

XİN rəsmisi qeyd edib ki, ABŞ və Yaponiyanın birgə hərbi təlimini çox yaxından və diqqətlə izləyirlər: "Bu kimi təlimlər Asiya Sakit Okean bölgəsində gərginliyi artırmaqla, sözsüz ki, Rusiya və Çini narahat etməyə bilməz. Əlbəttə, Rusiya buna cavab vermək üçün kifayət qədər hərbi və siyasi gücə sahibdir".

Zülfiyyə
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA