İsrail Livanın iki şəhərini bombalayır - Ölənlər var

img

23-10-2024 [16:14]


İsrail ordusu Livanın cənubuna aviasiya hücumu həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Sur və Nəbatiyyə şəhərlərinə havadan endirilən zərbələri nəticəsində azı 5 nəfər həlak olub.

Livanın rəsmi agentliyi olan NNA yazıb kii, çoxsaylı yaralılar var: "Hazırda İsrail döyüş təyyarələri ölkənin cənubuna hücumlarını davam etdirir. Ölən və yaralananların sayının  artma ehtiamlı böyükdür. Bölgədə ciddi dağıntılar var"

Xəbərdə o da deyilir ki, bu gün İsrail qırıcıları şərqəki Bekaa bölgəsinə də iki dəfə hava zərbəsi həyata keçirib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA