Qəzzanın şimalında daha 20 fələstinli həyatını itirib: "Bölgəni tərk edin!"

img

22-10-2024 [12:59]


İsrail ordusu Qəzza zolağının şimalındakı Mesru Beyt Lahiya bölgəsi və Cibaliya Qaçqınlar Düşərgəsini yenidən bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusunun Mesru Beyt Lahiya bölgəsində məcburi köçkün fələstinlilərə qarşı həyata keçirdiyi artilleriya hücumunda 12 nəfər ölüb, çoxlu sayda yaralı var: "Bundan başqa, İsrail artilleriya birlikləri Cibaliya Qaçqınlar Düşərgəsini də bombalayıb. Burada isə azı 8 nəfər ölüb, çox sayda insan yaralanıb".

Xəbərdə o deyilir ki, İsrail ordusu havadan Beyt Lahiyaya vərəqələr səpib. Vərəqlərdə fələstinlilərdən bölgəni dərhal tərk etmək tələb olunub.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:19 22.10.2024

Sabah leysan yağacaq