Albaniyanın keçmiş prezidenti saxlanılıb

img

21-10-2024 [19:21]


Albaniyanın keçmiş prezidenti İlir Meta Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğun (SPAK) qərarı ilə saxlanılıb.

Bu barədə "Koha" nəşri məlumat yayıb.

“SPAK İ.Metanın əmlakı ilə bağlı araşdırma aparıb. O, əmlakı gizlətməkdə, korrupsiyada və "çirkli pullar"ın yuyulmasında şübhəli bilinir. Sabiq prezidentin bu səbəbdən saxlanıldığı ehtimal olunur”, - deyə məlumatda qeyd edilib.

İ.Meta iyunun ortalarında ailəsinin əmlakı ilə bağlı xüsusi prokurorluğun müstəntiqlərinə ifadə verərək heç vaxt maliyyə məsələləri ilə məşğul olmadığını bildirib.

O, 2017-2022-ci illərdə Albaniya prezidenti olub(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA