Güləşçimiz 4 illik diskvalifikasiya olunub

img

21-10-2024 [16:01]


Azərbaycanın güləşçisi Vaxit Qalayev antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifkasiya olunub.

MİA.AZ xəbər verir ki bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidməti məlumat yayıb.

Cəzaya səbəb kimi idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdi göstərilib. İdmançının nümunəsində qadağan edilmiş S4.Hormon və Metabolik Modulyatorlar/anastrozole maddələrinin və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu göstərilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 29-dan qüvvəyə minən sanksiya 2028-ci il yanvarın 28-də bitəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA