Axtarışda olan FETÖ-çü saxta vəsiqə ilə tutulub

img

21-10-2024 [12:35]


Axtarışda olan FETÖ-çü saxta vəsiqə ilə tutulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat Nevşehirdə baş tutub.

Məlumata görə, silahlı terror təşkilatına qarşı aparılan mühakimə işləri çərçivəsində haqqında "konstitusiya quruluşunu devirməyə cəhd" (dövlət çevrilişi) ittihamı ilə qiyabi 12 il 6 ay həbs cəzası ilə çıxarılan və lakin həbsdən yayındığı üçün axtarışa verilənA.D. adlı şəxs bu gün saxlanılıb.

Şəhərin mərkəzində gizləndiyi evdə tutularkən üzərində saxta şəxsiyyət vəsiqəsı çıxıb: "O, birbaşa həbsxanaya göndərilib".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq