Ukraynada yaşayan Camal Quliyev Avropa çempionu olub - VİDEO, FOTOLAR

img

21-10-2024 [00:27]


Camal Quliyev Avropa çempionu olub. 

Mia.az-ın məlumatına əsasən, Odessada yaşayan əslən ağcabədili soydaşımız Bolqarıstan paytaxtı Sofiya şəhərində gənc (U23) boksçular arasında keçirilən turnirdə bütün rəqiblərini məğlub edərək fəxri kürsünün yüksək pilləsinə qalxıb. 

Qeyd edək ki, Ukrayna bayrağını ucaldan Camal Quliyevin məşqçiləri Ukraynanın əməkdar məşqçisi Nurəddin Əlibəyli ilə bərabər, Ukraynanın əməkdar bədən tərbiyəsi və idman işçisi Azər Mustafayevdir. 

Xatırladaq ki, hüquq təhsilli Camal "Dopomoqa" humanitar fondunun sahibi, xeyriyyəçi iş adamı Şamil Quliyevin oğlu və fondun icraçı direktorudur. 

Soydaşımıza daha da böyük uğurlar arzu edirik.

Fərid Aslan

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA