Türkiyədə partiya qərargahında əməliyyat - Narkotiklə əlaqəli 7 nəfər saxlanılıb

img

18-10-2024 [11:29]


26 aprel 2023-cü ildə qurulan və cəmi 163 üzvü olan "Milli Həmrəylik Partiyası"nın Ankaranın Yenimahalle rayonunda yerləşən mərkəzi qərargahında əməliyyatı keçirilib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat zamanı narkotik alış-satışı ilə məşğul olmaqda şübhəli  nilinən 7 nəfər saxlanılıb.

Ankara Prokurorluğundan verilən məlumata görə, saxlanılan partiyanın iki funksioneri  - M.G və B.Y adlı şəxslər də var: "Onlardan birinin - B.Y.-nin üzərində satışa hazır vəziyyətdə çoxlu sayda narkotik vasitə dolu paketlər aşkarlanıb".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA