Lənkəranda bıçaqlanma: 21 yaşlı gənc 24 yaşlı həmyerlisini öldürüb

img

18-10-2024 [09:10]


Oktyabrın 17-si saat 22 radələrində Lənkəran rayonu ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, araşdırmalarla 2003-cü il təvəllüdlü Ruslan Məmizadənin Lənkəran şəhəri ərazisində Elnur Cəfərova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ruslan Məmizadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA