Sabiq deputatın dayısı hakim qarşısında - 300 minlik qətl işi
17-10-2024 [17:12]
Məşhur modelyer Elnarə Bəkirovanın atası, biznesmen Kamran Bəkirovu öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədirliyi ilə keçirilən prosesdə təqsirləndirilən Namiq Əliyev ifadə verib.
O, ifadəsində bildirib ki, cinayət baş verən zaman öz maşında gözləyirmiş:
Mən, Mustafa Zeynalov və Kamran Bəkirovla maşın ilə Ləhic bağlarında yerləşən şəhid bulağı adlanan yerə gedərkən onlar arasında mübahisə yarandı. Maşını kənara çəkib düşdülər. Onlar getdikdən sonra qışqırıq səsləri eşitdim. Hadisə yerinə gələrkən Mustafa Zeynalovun Kamran Bəkirovu qətlə yetirdiyini gördüm. Onun içəri daşınmasında M.Zeynalova yardım etdim. Daha sonrasından məlumatım olmadı".
Təqsirləndirilən şəxs əlavə edib ki, 14-cü polis bölməsinə dəvət olunduqdan sonra əməlini etiraf edib:
"Bir müddət sonra Mustafa polis tərəfindən saxlanıldı. Mən də bölməyə çağırıldıqdan sonra əməlimi etiraf etdim. Hadisə baş verən ərazini polis əməkdaşlarına göstədrim. Onlar axtarış edərək Kamran Bəkirovun quyuda olduğunu müəyyən etdilər".
İclas 7 noyabr tarixinədək təxirə salınıb.
Qeyd edək ki, hadisə ötən il aprelin 6-da Nardaran qəsəbəsində baş verib. İttihama görə, Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev pul mübahisəsi zəminində 69 yaşlı biznesmen Kamran Bəkirova xəsarət yetirməklə qəsdən öldürüblər.
Onlar K.Bəkirovun meyitini gizlətmək məqsədilə “Ləhiş bağları” ərazisindəki su quyusuna atıb, onun 285 min manatını götürərək hadisə yerindən qaçıblar.
Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham verilib.
Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək həbs olunub, 5 il azadlıqdan məhrum edilib. Namiq Əliyev isə bankda çalışıb(Unikal).
Onu da qeyd edək ki, mərhumun qızı E. Bəkirova atasını qətlə yetirən Mustafa Zeynalov "Kontakt home"un baş direktoru, sabiq deputat Elnur Allahverdiyevin dayısıdır: "Qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir".
MİA.AZ
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib