Avstraliya Ukraynaya 49 tank göndərir: "Dəstəyimiz sonadək davam edəcək"

img

16-10-2024 [18:53]


Avstraliya Ukraynaya hərbi yardım göndərməyə hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Sənayesi naziri Pat Conroy açıqlama verib.

Onun sözlərinə görə, təxminən 245 milyon Avstraliya dolları dəyərində hərbi yardım paketi çərçivəsində Ukraynaya 49 ədəd "M1A1 Abrams" tankı göndəriləcək: "Bu tanklar Ukraynaya daha çox atəş gücü gətirəcək".

Nazir bildirib ki, Avstraliya Ukraynanı sonadək dəstəkləməkdə qərarlıdır.

Ukraynanın Kanberradakı səfiri Vasil Myroşnıçenko bu yardımı alqışlayıb.

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR