Türkiyədə güclü zəlzələ baş verib - 5.9 bal gücündə

img

16-10-2024 [12:00]


Türkiyədə bu gün güclü zəlzələ baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtilə saat 11.46-da Malatyanın Kale rayonunda 5,9 bal gücündə zəlzələ olub. 

Zəlzələ yerin təxminən 10,07 kilometr dərinliyində baş verib.

Zəlzələ Diyarbəkir, Elazığ, Kahramanmaraş, Tokat və Adıyamanda da hiss olunub.

Xəbərdə o da deyilir ki, zəlzələ səbəbindən Malatya və Elazığda məktəblər bağlanıb.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR