"Neftçi" kisənin ağzıı açıb - Samir Abasova 200 min manat maaş ödəyəcək

img

15-10-2024 [12:56]


İki ildən sonra "Neftçi"yə qayıdan Samir Abasovun nə qədər pul qazanacağı bilinib.

Mia.az sportinfo.az-a istinadən xəbər verir ki, dünən 2 illik müqaviləyə imza atan mütəxəssis ilk mövsümündə 200 min manat əldə edəcək.

Yeni sezonda isə bu məbləğ daha 100 min manat artacaq.

Abasov 2020-ci ilin noyabrından 2022-ci ilin mayınadək "ağ-qaralar"ı çalışdırıb. O, 2021-ci ildə paytaxt təmsilçisini ölkə çempionu edib, daha sonra Premyer Liqanın gümüş medallarını qazandırıb.

Mütəxəssisin axırıncı iş yeri "Sumqayıt" olub.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA