Türkiyə kəşfiyyatından Afrikada müdhiş əməliyyat: "Əl-Qaidə" üzvü qandallandı

img

15-10-2024 [11:54]


Türkiyə kəşfiyyatı (MİT) Afrikada müdhiş əməliyyat keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla vaxtilə Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı bazalarına və Türkiyə Silahlı Qüvvələrinin karvanına qarşı terror aktı törətdiyi bəlli olan “Əl-Qaidə” terror təşkilatının üzvü Əhməd Baykaranı tutulub.

Məlumata görə, o, 2014-2019-cu illərdə Suriyada Əl-Qaidə və müxtəlif qruplaşmaların tərkibində şoxsaylı terror aktları törədib: "Terrorçu Əhməd Baykara Suriya və İraqda da "Əl-Qaidə" ilə əlaqəli fəaliyyət göstərib. Türkiyənin onu izlədiyini anlayınca isə Afrika ölkələrinə qaçıb. Lakin MİT onuj gizləndiyi ölkədə yaxalayaraq ölkəyə gətriib".

Xəbərdə əməliyyatın hansı ölkədə keçirilməsi haqda məlumat verilmir.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq