BMT rəsmisi: "Bu qəddarlığa indi son qoyulmalıdır"

img

15-10-2024 [00:43]


BMT Baş katibi Antonio Quterreşdən sonra BMT baş katibinin humanitar məsələlər üzrə müavini Coys Msuya da İsrailin Qəzzanın şimalında artan hücumlarını pisləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Coys Msuya İsraildən son iki gündəki hücumları dərhal dayandırmağa çağırıb.

O, “Qəzzada fələstinlilərə yaşadılan faciələrin sonu görünmür”, - deyə bölgədə artıq mülki şəxslər üçün heç bir təhlükəsiz yer olmadığını   təkrarlayıb: "Artıq İsrailin təhlükəsiz zona olaraq adlandıraraqı mülki şəxsləri yönəltdiyi məktəblər və ərazilər də şiddətli formada vurulur. Bununla belə, oktyabrın 1-dən Qəzzanın şimalına ərzaq yardımının daxil olması da əngəllənib. Bu qəddarlığa indi son qoyulmalıdır. Mülki əhali və mülki infrastrukturlar qorunmalıdır".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR