15-07-2014 [00:01]
Bu günlərdə "Gündəm Xəbər” qəzeti təxribatla üzləşib. Yay fəslində istirahətə çıxan qəzetin kollektivi köşklərdə eyniadlı və eynidizaynlı qəzetlə rastlaşıblar.
"Gündəm Xəbər” qəzetinin baş redaktoru məsələ ilə bağlı fikirlərini bölüşərkən qeyd etdi ki, hər kəs bilir ki, yay fəsli gələr-gəlməz, qəzetlərin satışı zəifləyir:
"Qəzetin mətbəəyə bir xeyli borcu olduğundan, biz də yay tətilini bir növ bəhanə edərək borcları azaltmağı və sonra yenidən fəaliyyətimizə başlamağı düşünürük. Qeyd etdiyim kimi, biz hazırda yay tətili ilə əlaqədar istirahətdəyik. Və qəzet bazarında qəzetimizin tam oxşarı meydana çıxıb. Əslində, çox təəccübləndik. Çünki hansısa qəzet tətilə çıxırsa və yaxud lap fəaliyyətini dayandırırsa, bu o deməkdir ki, kimsə gəlib eyni adlı qəzet çıxarmalıdır?
"Gündəm Xəbər” qəzeti konkret olaraq, Şirin Cəfərliyə məxsusdur. Və bütün hüquqi sənədləri mənə aiddir. Heç kimə aidiyyəti yoxdur. Kimsə gəlib hardasa 5-10 gün işləyirsə, bu o deməkdir ki, o adam qəzetə yiyələnməlidirmi? Bu addımlar tam olaraq qeyri-qanuni addımlardır. Bir tərəfdən də, gülməli gəlir insana. Çünki kimisə öz yanında işə götür, çörək ver, o da gəlsin belə naxələflik etsin. Hazırda bu addımı atan şəxs təxminən iki ay idi ki, mənim qəzetimdə çalışırdı. Amma indi iddia edir ki, bu qəzet bizimdir. Təbii məsələdir ki, bu hal kimlərsə tərəfindən sifariş edilib. Bu, "Gündəm Xəbər” qəzetinə qarşı yönəlmiş növbəti bir təxribatdır. Bu qəzetin sahibi mənəm və qəzetin bütün təzyiqlərinə, hücumlarına məruz qalan da mən olmuşam. Hazırda mənim üzərimdə üç il şərti iş, 71144 manat cərimə var.
Qeyd etdiyim kimi, bu da qəzetə qarşı atılan növbəti bir təxribat idi. Ümumiyyətlə, bu kimi hallar çox çirkin oyunlardı. Və bu oyunların necə və kim tərəfindən oynanıldığını da bilirəm. Amma bunu açıqlamağı özümə sığışdırmıram və uşaq oyununa çevrilməyini istəmirəm. Hər kəs öz yerində otursa, daha yaxşı və gözəl olar”.
Baş redaktor bundan sonra hansı addımlar atacağı məsələsinə də aydınlıq gətirdi və qeyd etdi ki, məsələ ilə bağlı ilk olaraq Ədliyyə Nazirliyinə müraciət etmək fikrindədir: "Heç olmasa, Ədliyyə Nazirliyi ayda bir dəfə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əlaqə saxlasın, Müəllif Hüquqları ilə əlaqə saxlasın ki, bu qəzetlərin hansının müəllif hüququ var, hansının yoxdur. Mənim qəzetimin konkret olaraq, müəllif hüququ var və qəzet patentləşdirilib. Qəzetin "Gündəm” və "Təsviri görüntü” sözündən başqa, hamısı azaddır. Amma konkret olaraq, dövlət tərəfindən qorunan sözlər "Gündəm” və "Təsviri görüntü” sözləridir. Bununla bərabər, belə bir alternativ qəzet çıxarılırsa, bu bir cinayətdir. Ədliyyə Nazirliyi əgər etdiyi bu səhvi və "Şok Xəbər” qəzetinə verdiyi "Gündəm” sözünü ləğv etməsə, o zaman təbii ki, hüquqi qayadada bu məsələ məhkəmədə çözüləcək”.
Ş.Cəfərli son olaraq isə bildirdi ki, burdan səslənirəm ki, hər kəs öz işiylə məşğul olsun. Vaxtilə mənim çətin vaxtlarımda, məhkəmələrdə mənim yanımda yalnız bir nəfər olub. O da qəzetin dizayneri olub. İndi isə o da, kiminsə küyünə gedir. Qəzetdə çalışan heç kimi işsiz qoyan deyildim, amma bəziləri tələsik addımlar atdılar. Hər şey göz qabağındadır ki, hazırkı durum kiminsə sifarişi əsasında həyata keçirilib. Hələ ki, bunu açıqlamaq istəmirəm. Vaxtı, zamanı gəldikdə hər bir şey açılacaq».
gundemxeber.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq