Əli Əhmədovdan ABŞ-ın mümkün sanksiyasına reaksiya: "...heç biri nəticəsi olmayacaq"

img

08-10-2024 [11:26]


“Azərbaycana qarşı sanksiya tətbiq etmək cəhdləri bizim üçün yeni deyil. ABŞ 90-cı illərdə də Azərbaycanın əl-qolunu bağlamaq məqsədilə bu addımı atıb”.

Mia.az xəbər verir ki, bunu I vitse-spiker Əli Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, əgər 90-cı ildə ölkəmizə qarşı tətbiq edilən sanksiya bizi sarsıda bilmədisə, əksinə daha da qüvvətləndirdisə, bu gün güclü Azərbaycan üçün tətbiq edilən sanksiyaların heç biri nəticəsi olmayacaq: "Hesab edirəm ki, son tarix, qazandığımız zəfər Ermənistan üçün ağıllı dərs olmayıb. Azərbaycan bütün dövlətlərlə sülh modelində çalışmaq niyyətindədir. Azərbaycanı nə sanksiya, nə də hansısa təhdidlərlə yolundan döndərmək mümkün olmayacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR