Baş redaktor generala meydan oxudu

img

14-07-2014 [17:22]


 13.07.2014-cü il tarixində, təxminən səhər saat 07.30 radələrində "Araz Media" qəzetinin və eyni adlı internet qəzetinin baş redaktoru, YAP fəalı Fariz Quliyev «Sınıq-Körpü»də sərhədçilər tərəfinlən qanunsuz saxlanıldığını iddia edir.

 Baş redaktor sahibi olduğu arazmedia.az-da bildirib ki, Gürcüstana 3 günlük istirahət gedərkən "Sınıq Körpü" Sərhəd Buraxılış Məntəqəsinin əməkdaşları tərəfindən kobudcasına təhqir olunaraq, zorakılıqla növbətçi hissədə saxlanılıb: «Bundan sonra məni heç bir açıqlama vermədən polis vasitəsi ilə Qazax rayon Polis Şöbəsinə apardılar. Halbuki, mən sərhədçilərimizə özümü təqdim edərək, saxlanma mənə qarşı kobud davranılmasının səbəbi haqda izahat da istədim. Lakin sərhədçilərimiz özlərini mövcud təlimatlara uyğun aparmayaraq, hətta Azərbaycan mətbuatı haqda da nalayiq sözlər işlətdilər. Sərhədçilərdən fərqli olaraq. Qazax Polis Şöbəsində çox mədəni davranaraq, bir neçə saatlıq araşdırmadan sonra məni sərbəst buraxdılar».

 Fariz Quliyev deyir ki, sərhəd-keçid məntəqəsində olarkən, əvvəllər yaxından tanıdığı ermənikökənli  zabit və gizirlərlə qarşılaşıb: «Mənə çox maraqlıdır, DSX-ın komandanı, cənab Elçin Quliyev erməni əsilli bu adamlara sərhədimizi etibar etməklə, təhlükəsizliyimizi riskə atdığının fərqində deyilmi? Həmin erməni əslli sərhədçilərin siyahısını açıqlayacağam».

 Sonda baş redaktor «Azərcell»ə olan 86 manat borca görə sərhəddə kobud davranan sərhədçilərin barəsində ciddi tədbirlər görüləcəyinə inandığını da deyib


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...