Yüz yaşlı məktəbin qocaman müəllimi: "İnsanın qazandığı uğurlar, ilk olaraq, onun valideyni, daha sonra isə müəllimi ilə bağlıdır" - MÜSAHİBƏ
05-10-2024 [13:34]
Öz mənalı həyat yolunda bütün gücünü, enerjisini yetirmələrinin uğurları üçün sərf edən müəllimlər həmişə böyük ehtiram və minnətlə xatırlanır.
Bəşəriyyətin inkişafının yalnız elm və təhsillə mümkün olduğu, cəmiyyətin qazandğı bütün dəyərlərin savadlı nəsil yetişdirməklə mümkün olduğu bir dövrdə müəllimlərimizin qiymətli xatirələrinə yenidən qulaq asmaq, onları bölüşmək daha məsuliyyətli, daha zövqlü olur.
Ona görə də bu Müəllimlər günündə kəndimizin tanınmış müəllimlərindən 70 yaşlı Yunis Quliyevlə həmsöhbət olub 100 yaşlı məktəbimizdəki fəaliyyəti ilə bağlı xatirələrini dinlədik.
– Yunis müəllim, əvvəlcə sizi müəllimlər günü, eləcə də bu il böyük yubiley tədbiri ilə qeyd etdiyimiz doğma Kükü kənd tam orta məktəbinin 100 illik yubileyi münasibətilə təbrik edirəm. Siz hazırda təqaüddə olsanız da doğma məktəblə, ziyalılarımızla, məktəbin yetirmələri ilə sıx təmasda olursunuz. Sizcə, müəllim olmaq nə deməkdir?
– Əvvəla təbriklər və gözəl sözlər üçün mən də, öz növbəmdə, sizləri təbrik edir, uğurlar arzulayıram. Bəli, kəndimizdə gözəl təhsil ənənələri vardır və hər il Kükü kənd məktəbinin yetirmələri yüksək nəticələr ilə ali məktəblərə seçimlər edirlər. Eləcə də Küküdən məzun olmuş şagirdlərimizin elm yolunu tutması da sevindiricidir və gələcəkdə onların doğma Azərbaycana daha faydalı olacaqlarını düşünürəm. Bu fikirləri təkcə bir müəllim kimi deyil, həm də 1962-1981-ci illərdə məktəbimizdə direktor olmuş atam Allahqulu Quliyevin övladı kimi də deyə bilərəm. Belə ki, bu ilin iyununda keçirilmiş yubiley tədbirində də vurğulandığı kimi, 100 yaşlı Kükü kənd tam orta məktəbi böyük bir inkişaf yolu keçmiş və ötən əsrin sonlarına yaxın məktəbdə 500-dən artıq şagird oxumuş, hər il çox sayda məzunlar olmuşdur. Bu qədər şagirdin təlim tərbiyəsi ilə məşğul olmaq, onları gələcəyə hazırlamaq və bu gün onların bəhrəsini görüb uğurları ilə fəxr edə bilmək, məncə, dünyanın ən böyük xoşbəxtliyidir. Mən də arzu edirəm ki, Uca Allah hər birinizə işlərində yardım olsun və daim qalib dövlətimizin inkişafı üçün çalışasınız.
- Yunis müəllim, qeyd etdiyiniz kimi, ziyalı ailəsində doğulmusunuz. Bu baxımdan müəllim kimi sizin qiymətli xatirələriniz oxucularımız üçün də dəyərli olardı.
- Kükü kəndində tarixən təhsilə yüksək qiymət verilib və hələ İkinci Dünya müharibəsi öncəsi bu kənddə gənclərin və onların valideynlərinin təhsilə yüksək marağı olub. Eləcə də bizim ailədən atam və qardaşları da o dövrlərdə ali təhsil alıblar. Atam tarix müəllimi, əmim Əkrəm müəllim rus dili müəllimi idi. Ailədən olan digər qardaşlar da ziyalı kimi həkim və başqa peşə sahibləri olub, onların övladları arasında da müəllimlər olmaqla xeyli sayda ziyalı yetişib. Bacım Firəngiz müəllim də ədəbiyyat müəllimidir.
Məktəbə gəldikdə yuxarıda da qeyd etdiyim kimi, o dövrlər, yəni ötən əsrin 70-80-ci illəri respublikamızda hər sahədə inkişaf olduğu kimi təhsil, səhiyyə və mədəniyyətdə də böyük irəliləyiş vardı. Elə mənim məktəbdə işlədiyim dövrə baxsaq, bunları deyə bilərəm. 1975-ci ildən kimya müəllimi kimi işlədiyim Kükü kənd orta məktəbində 750-yə qədər şagirdə dərs demişəm. Şagirdlərimdən 300-dən çoxu ali təhsilli, 50-si müəllim, 30-u isə kimya elmlər namizədi və həkimlər olublar. Yetirmələrimdən 2 nəfər “İlin ən yaxşı müəllimi”, 7 nəfər “Əməkdar müəllim”dir. Şagirdlərimiz 210 dəfə olimpiadaların qalibi olmuşdur. Kimya müəllimi olmağımla ayrıca fəxr edirəm, çünki bu fənn həkim ixtisası hazırlanması üçün çox vacibdir. Kükü məktəbinin məzunlarından da çox sayda həkimlər və kimyaçılar yetişib. Elə mənim əmim, Tibb Universitetinin dekanı olmuş, tibb elmləri namizədi Əkbər Quliyevi, əmim oğlu Mötəbər həkimi, daha sonra İsfəndiyar həkimi, Elşən həkimi, Aydın həkimi, Fəxrəddin həkimi, Natiq həkimi, Bəxtiyar həkimi, Mətləb həkimi, Faiq həkimi, Nəsimi həkimi, Əli həkimi, İlvin həkimi, Ramin həkimi, xüsusilə qeyd edə bilərəm. Bu dəyərli insanlar bir zamanlar onlara dərs demiş Sərhəd müəllmin, mənim və Sahibə müəllmənin yetirmələridirlər.
Uzun müddət Naxçıvan Dövlət Universitetinin rektoru olmuş kimya elmləri doktoru professor Qasım Hüseynov, Azərbaycan Neft-Kimya Universitetinin professoru Vaqif Seyidov, kimya üzrə fəlsəfə doktoru Qəşəm Səfərov, AMEA Naxçıvan bölməsinin əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Qorxmaz Hüseynov Kükü məktəbinin yetirmələrindəndir. Hazırda fəaliyyət göstərən Kimya və tibb ixtisasında oxuyan gəncləri də buraya əlavə edəndə əməyimizin yüksək bəhrə verildiyini düşünürəm. Ümumiyyətlə isə istər bizim təhsil aldığımız, istər fəaliyyət göstərdiyim dövrdə, istərsə də müasir dövrdə Kükü kənd tam orta məktəbi öz təhsil ənənələri ilə seçilir. Təsadüfi deyildir ki, yubiley tədbirində məktəbimizin müəllimlərinin əməyi yüksək qiymətləndirildi, onlar dövlət mükafatları, Fəxri fərmanlarla təltif olundular. Hazırda məktəbimizin qazandığı uğurları tez-tez görüşdüyüm keçmiş iş yoldaşlarımla bölüşür, bununla fəxr edirəm. İnanıram ki, məktəb gənc direktor, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Mais Məmmədovun rəhbərliyi ilə bundan sonra da böyük uğurlara imza atacaq və məktəbin tarixinə iz qoymuş Xudayar Quliyev, Allahqulu Quliyev, Əfsər İbrahimov, Mirnəqim Seyidov, Əbdüləli Nəbiyev, Xeybər Cabbarov, Quşdan Qəhrəmanov, Çölü Məmmədov, Adil Seyidov, Abbas Cabbarov, Süleyman İbrahimov, Həsən Eylazov, Əli Məmmədov, Səməd Hüseynov, Yaqubəli Hüseynov, Mirabdulla Seyidov, Yusif Məmmədovdan qalan gözəl ənənələri davam etdirəcəklər.
Fürsətdən istifadə edib, Müəllimlər günü münasibətilə hazırda təqaüddə olan və məktəbdə fəaliyyət göstərən pedaqoji kollektivi, xüsusilə illərini təhsilə vermiş Əsmər Cabbarovaya, Kəmalə Eylazovaya, Mətləb Hüseynova və Vasif Hüseynova uzun ömür arzu edirəm. Ümuidvaram ki, məktəbdəki gənc kadrlar da onların təcrübəsindən faydalanıb şagirdlərin təlim-tərbiyəsi ilə daha dərindən məşğul olacaqlar.
-Yunis müəllim, pedaqoji fəaliyyət sizə həyatda nə qazandırıb? Sizin üçün yaddaqalan anlar hansılardır?
- Mən hesab edirəm ki, hər bir insanın qazandığı uğurlar, ilk olaraq, onun valideyni, daha sonra isə müəllimi ilə bağlıdır. Bu mənada özümu şanslı hesab edirəm. Respublika üzrə tanınmış, təhsil işçisi olmuş Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Allahqulu Quliyevin ailəsində böyümək və əhatə olunduğum ziyalı mühiti mənə çox şey qazandırıb. Ancaq həyatımda elə hadisələr olub ki, bu mənə indiyə qədər unuda bilmədiym təəssüratları qazandırıb. Belə ki, 1990-cı ilin yayında Ulu Öndər Naxçıvanda olarkən atamın yaxın dostu olmuş coğrafiya elmlər doktoru, professor Səfəralı Babayevlə birgə dahi şəxsiyyətlə Naxçıvandakı evində olan görüşümü indi də həyəcanla xatırlayıram. O zaman Ulu Öndərin öz müəlliminə olan ehtiramı mənim yaddaşımda möhkəm qalıb. Görüşümüz zamanı Naxçıvandakı texnikumda eyni dövrdə atamla bir yerdə təhsil aldıqlarını da xatırlayan Ulu Öndər məndən tanıdıqları adamlar, xüsusən kəndimizin ilk tibb işçilərindən olmuş Zahid kişi haqqında da soruşub maraqlandı, bizimlə ballı çay içib şirin söhbət etdi.
Pedaqoji fəaliyyətimə gəldikdə, müəllimliyi ən şərəfli peşə hesab edir, həyatda qazandıqlarımı buna bağlayıram. Təkcə yetirdiyimiz məzunlara görə deyil, eləcə də digər sahədə gördüyüm işlərə, lap elə nəvələrimlə olan saatlarımda onlardan aldığım pozitiv enerjiyə görə də müəllimliyə borcluyam. Keçmişdə isə uğurlarım çox olub. Hələ 1981-ci ildə Təhsil Nazirliyi tərəfindən “baş müəllim”, sonra “Metodist müəllim”, sonra isə “Ali dərəcəli müəllim” adı almışam. O dövrdə mən Azərbaycanın ən gənc Baş müəllimi olmuşam. İki dəfə SSRİ Maarif Nazirliyinin, 4 dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, ÜLKGİ MK-nın fəxri fərmanların almışam. 28 dəfə Təhsil Nazirliyinin keçirdiyi konfranslarda iştirak etmiş, buradakı məruzələrimin əksəriyyətini nüfuzlu “Kimya və biologiya tədrisi” jurnalında dərc olunmuşdur. 2004-cü ildə Sumqayıtda keçirilən beynəlxalq konfransda məruzə etmişəm. Bu, məruzəçilər arasında yeganə orta məktəb müəlliminin məruzəsi idi. Həmin çıxışımın da daxil olunduğu kitab Azərbaycan, rus və ingilis dillərində çap olunmuşdur. Mənim haqqimda M.Cəfərlinin “Nurlu ömürlər”, M.Məmmədoğlunun “Mənim Naxçıvan dünyam” və Ə.Hümbətovun “Təhsilimizin tərəqqisi yolunda” kitablarında məqalələr çap olunmuşdur.
Kimya müəllimliyi mənim peşəm olubsa, yazı yazmaq, publisistika da sevimli məşğuliyyətimdir. Hazırda mütaliə edir, yazılar yazmağa çalışıram. İndiyə qədər isə dövrü mətbuatda o cümlədən radio və televiziyada 500-dən artıq məqaləm dərc olunmuş və ya səsləndirilmişdir. “Şərq qapısı”, “Oğuz səsi” qəzetlərində və jurnallarda “S.Vurğunun fəlsəfi görüşləri”, “H.Cavidin fəlsəfi görüşləri”, “Y.Məmmədəliyevin həyat və fəaliyyəti”, “N.Gəncəvi və kimya elmi”, “Ailə dağılmasın”, “Telefondan düzgün istifadə edirikmi?”, “Bizim ana dilimiz”, “Yoxsulluqdan inkişafa doğru”, “Toylarımız”, “Yaslarımız”, “Səndən bizə bir ömürlük xatirə qaldı” adlı elmi və fəlsəfi məqalələrim işıq üzü görüb. Ancaq düşünürəm ki, mənim məqalələrim içində 44 günlük müharibədə şəhidlik zirvəsinə ucalmış Kükü kəndinin yetirməsi Kamran Hüseynov haqqında “Şərq qapısı” qəzetində çap olunmuş “Səndən bizə bir ömürlük xatirə qaldı” adlı məqaləm, xüsusilə yaddaşımda yaşayacaqdır. Ona görə də deyə bilərəm ki, hər bir insan, hər bir ziyalı hansı sahədə işləsə də, hansı növ yaradıcılıqla məşğul olsa da, ilk olaraq vətənpərvərlik hissləri üzərində bunu etməli, gənclərin bu ruhda tərbiyəsinə çalışmalıdır. Qoy gənclərimiz nə peşəyə sahib olsalar da, ilk öncə vətənpərvər ruhda böyüsünlər. Bu yolda sizlərə də uğurlar arzu edirəm.
- Yunis müəllim, maraqlı müsahibə üçün təşəkkür edirik.
Əli Cabbarov
MİA.AZ
HƏMAS-ın tanınmış şəxslərinin ölüm faktı təsdiqləndi
47 günün icra başçısı niyə vəzifədən azad edildi? - İddia var
Dövlət Agentliyində yeni təyinat olub
Elvin Cəfərquliyev 2025-ci ilin ən yaxşısı seçildi – ÖZƏL
Leyla Əliyeva Milli Xalça Muzeyini ziyarət edib
Prezident İlham Əliyev "Bakı Ağ Şəhər"də olub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kriştiano Ronaldo: "1000 qol vurana qədər futbol oynayacam"
Bakıda və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Sahil Babayevdən daha bir - Təyinat
Emin Əmrullayevə yeni müşaviri təyin edilib - O, kimdir?
“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir
bp şirkəti müqavilədən niyə imtina edir? - Qalmaqal
Dövlət Agentliyinin Müşahidə Şurası üzvlərinin sayı azaldılıb
Bu icra başçıları yol üstündədir - Qəzənfər Ağayev, Adil Vəliyev, Zakir Fərəcov, Vidadi İsayev və...
Hərbi xidmətlə bağlı yeni fərman verildi - DƏYİŞİKLİK
Ceyhun Bayramov Gürcüstan XİN başçısı ilə müzakirə aparıb
Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib
Prezident 2026-cı il üçün ehtiyac meyarını təsdiqləyib
İcbari Tibbi Sığorta Fondu haqqında fərman imzalayıb
Türkiyədə İŞİD üzvləri əməliyyatçılarla atışmaya girdi: 3 polis şəhid olub, 8-i yaralanıb - 6 terrorçu məhv edildi (Yenilənib)
Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib
Qazaxda avtomobil aşıb, ölən var
Altay Göyüşovun məhkəməsi başlayıb
Hərbçi qəzada ölüb
Daha bir məşhur serial ekranla vidalaşdı - Reytinqə görə
Xanım müğənni sinə kiçiltmə əməliyyatına girdi, indisə bədəni çürüyür - Həkimlə bağlı araşdırma aparılır
Misir Mərdanovdan vəzifədən uzaqlaşdırılmasına reaksiya: "Zəng edib dedilər ki, imza at.."
Türkiyə futbolunda qumar - Daha 26 nəfər məhkəməyə göndərildi
Qusarda 71 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb
Şuşada köməksiz vəziyyətdə qalanlar xilas edilib
"Yuventus" türk futbolçunun maaşını qaldırıb - 6 milyon avroya
Bayram günləri banklar işləyəcək
AFCON 2025: Hans komandalar qalib gəlib?
Şimali Koreya bölgədə gərginlik yaradıb - Yeni uzaqmənzilli raketlər sınaqdan keçirilib
Goranboyda təcili yardım avtomobili qadını vuraraq öldürüb
ABŞ-da iki vertolyot havada toqquşub - Ölən və yaralanan var
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
ZELENSKİ İLƏ TRAMPIN GÖRÜŞÜNDƏN NİKBİN MESAJLAR: "Razılaşma və zəmanət var" - "Putin bu tələbdən vaz keçməlidir"
Sumqayıtda təhlükəli tikinti: bina uça bilər - VİDEO
"Azərpoçt" sakinləri məktub dalıyca haraya göndərir? - “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”
Suriyada ara qarışdı: din xadimi çağırış etdi, Əsəd tərəfdarları ayağa qalxdı - Ölən və yaralananlar var
Türkiyə Ermənistanla sərhədi 32 il sonra açır - 3 GÜNƏ...