İsrail ordusundan İranın "20 ədəd F-35 vurulub" xəbərinə reaksiya: "Bu gecə daha güclü hücuma keçəcəyik"

img

02-10-2024 [00:39]


İranın həyata keçirdiyi raket hücumu İsrail Hərbi Hava Qüvvələrinə heç bir ziyan vurmayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəynaatı İsrail Ordusunun sözçüsü Daniel Hagari keçirdiyi mətbuat konfransında suala cavabda deyb.

O, İran mediasının rəsmi mənbələrə istinadla yaydığı xəbəri təkzib  edib: "İsrail Hərbi Hava Qüvvələri tam gücü ilə fəaliyyətdədir, bir təyyarəmiz belə vurulmayıb. Ötən gecə olduğu kimi, bu gecə də Yaxın Şərqin bəzi ölkələrinə qarşı güclü hücum əməliyyatlarına qatılacaqlar".

Sözçü hansı ölklərin vurulacağını isə açıqlamayıb.

Xatırladaq ki, ötən gecə İsrail Livanla yanaşı, Dəməşq və Bağdadı da bombalayıb.

Onu da qeyd edək ki, İranın bir çox rəsmi media orqanları yazıb ki, İranın raket zərbəsi ilə İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20-dən çox F-35 təyyarəsi vurulub.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 13.10.2024

Sabah yağış yağacaq