Məmurla hakimin biabırçı saxtakarlığı - Adil Vəliyevin məqsədi nədir?

img

14-07-2014 [12:42]


Sabunçunun icra başçısı PİA.AZ-ı və saytın baş redaktorunu cəzalanadırmağı qarşısına məqsəd qoyub. Bunun üçün hətta Adil Vəliyev qanunları belə heçdən sayır.

Adil Vəliyevin tələbi ilə Sabunçu qəsəbə nümayəndəsi Məhərrəm Mehrəliyev Bakı Apellyasiya Məhkəməsinə saxta sənəd təqdim edib və Bakı Apellyasiya Məhkəməsinin hakimi Xuraman Məhərrəmova həmin saxta sənəd əsasında iddiaçının xeyrinə qərar qəbul edib.  Məsələ ilə bağlı PİA.AZ-ın baş redaktoru Ali Məhkəməyə kassasiya şikayəti verir və məhkəməyə saxta sənəd təqdim edən icra nümayəndəsi haqqında cinayət işinin açılmasını tələb edir.

Son zamanlar məmurların mətbu orqan nümayəndəlrini məhkəmyə verməsi kütləvi xarakter alıb. Bir il əvvəl heç bir məmur mətbu orqanları məhkəmyə vermədiyi halda, son bir neçə ayda kütləvi şəkildə məmurlar mətbu orqanları məhkəməyə verirlər. Xüsusilə son aylar mətbu orqan nümayəndələrinin xüsusi ittihamla məhkəməyə verilmələri ənənəvi hal alıb. Bu ənənənin hansı zərurətdən yarandığını bilməsək də, deyə bilərik ki, hazırda xüsusi ittihamla məhkəməyə verilən 10-a qədər baş redaktorun olduğunu deyə bilərik.

Təqribən üç ay əvvəl Sabunçu rayon Komunal Təsərüfat İdarəsinin rəisi Oruc Əhmədov PİA.AZ saytının ona mənəvi ziyan vurması ilə məhkəməyə müraciət edib. İddaçı PİA.AZ-ın baş redaktorundan dəyilmiş mənəvi ziyana görə 100 min manat tələb edir!?


Qeyd edək ki, yazıdan da göründüyü kimi Sabunçu rayon Komunal Təsərüfat İdarəsindən ancaq ötəri bəhs olunub və idarəninin rəisi Oruc Əhmədovun yazıda adı belə çəkilmir. Onu da bildirək ki, yazı dərc olunduqdan sonra Oruc Əhmədov PİA.AZ-ın baş redaktoruna Sabunçu rayon polis idarəsi ilə bağlı təzyiq etməyə cəhd etmişdi və baş redaktor isə qarşı tərəfi qanunlara uymağa və məhkəməyə müraciət etməyə dəvət etmişdi. 

Bundan sonra Əhməd Orucov Sabunçu rayon məhkəməsinə PİA.AZ-ın baş redaktoru haqqında ərizə ilə müraciət etmişdi. Amma Oruc Əhmədov qanunları çeynəyərək bilərəkdən baş redaktorun ünvanını səhv göstərmişdi. Həmin iddia ərizəsində baş redaktor Azər Qaramanlının yaşayış yeri və qeydiyyat ünvanı Sabunçu rayonu, Anışkin küçəsi 23, olaraq göstərilirdi. Baş redaktor məhkəmyə gedərək hakim Elşən Kazımova şəxsiyyət vəsiqəsini təqdim edib. Bundan sonra hakim Elşən Kazımov qanunlara uyğun olaraq iddianı rədd edərək aidiyyatı üzrə məhkəmyə müraciət etmək haqqında qərar verib.

İyulun 1-də PİA.AZ-ın baş redaktoru Azər Qaramanlı yenidən Sabunçu rayon Məhkəməsinə dəvət edilib. Hakim Elşən Kazımov baş redaktora bildirib ki, qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinə müracit edib və məhkəmə iddanın Sabunçu rayon Məhkəməsində icraata götürülməsi ilə bağlı qərar verib. Azər Qaramanlıya Bakı Apellyasiya Məhkəməsinin qərarı iyulun 9-da təqdim edilib. 

Qərarda göstərilir ki, iddaçının nümayəndəsi Fikrət Məmmədov məhkəmyə Sabunçu qəsəbə nümayəndəsi Məhərrəm Mehrəliyevin 18 mart 2014-cü ildə təsdiq etdiyi sənəd təqdim edib. Sənəddə göstərilir ki, PİA.AZ-ın baş redaktoru Ağayev Azərr Ağahüseyn oğlu (Azər Qaramanlı) Sabunçu rayonu Ə.Bağırov küçəsində qeydiyyatda olmadan kiryənişin yaşayıb. 

Qeyd edək ki, işin içində Azər Qaramanılın telefon nömrəsi və şəxsiyyət vəsiqəsinin sürəti olduğu halda, hakim Xuraman Məhərrəmova baş redaktoru xəbərdar etməyi gərəksiz hesab edib və məhkəmə iclasının Azər Qaranmlının özünün, ya da nümayəndəsinin iştirakı olmadan keçirilməsinə qərar verib. Bizim hakim Xuraman Məhərrəmovanın tapşırıqla, ya da xüsusi maraqla belə bir addım atmasından şübhəmiz yoxdur və hakim yol verdiyi özbaşınaqı barədə Ədliyyə Nazirliyinə şikayət hazırlayırıq. Çünki keçiriləcək məhkəmə ilə bağlı Azər Qaramanlının məlumatı olması və müdafiə olunması onun konstitutsion haqqıdır və hakim Xuraman Məhərrəmovanın Azər Qaramanlını xəbərdar etmək imkanı olduğu halda, bu addımı atmaması məhkəməninin ədalətinə birbaşa gölgə salır.

Bundan başqa hakim Xuraman Məhərrəmovanın saxta sənəd əsasında iddianı təmin etməsi Azərbaycan qanunvericiliynin birbaşa pozulması deməkdir. Çünki hakimin əlində ən azıdan baş redaktorun şəxsiyyət vəsiqəsinin sürəti və PİA.AZ-ın qeydiyyatda olduğu domen qeydiyyat ünvanı vardı və hakim qanunvericiliyə uyğun olaraq internet resursun domen qeydiyyat ünvanına görə məhkəmə prossesinin aidiyyatı məhkəmədə keçirilməsi haqqında qərar verməyə borclu idi. Buna baxmayaraq hakim saxta sənəd əsasında qarşı tərəfin iddasını təmin etmək barədə qərar verib.

Digər tərəfdən PİA.AZ-ın baş redaktoru Azər Qaramanlı bütün məsuliyyəti bildirir ki, o, bütün həyatı boyu Sabunçu rayonunda nə kirayədə yaşayıb, nə də bu raonda fəaliyyət göstərməyib. İddaçının nümayəndəsi Fikrət Məmmədov tərəfindən Bakı Apellyasiya MəhkəməsinəSabunçu qəsəbə nümayəndəsi Məhərrəm Mehrəliyevin imzası və möhürü ilə təqdim etdiyi sənəd saxta başdan ayağa quramadır. PİA.AZ-ın baş redaktoru məhkəmə prossesində son 4 il müddətində hansı ünvanda yaşaması ilə bağlı məhkməyə sənədlər və sübutlar təqdim edəcək. Buna baxmayaraq hətta Azər Qaramanlı Sabunçu rayonunda nə zamansa yaşasa belə, (ki, yaşamayıb),  məhkəmə buna görə məhkəmənin Sabunçuda keçirilməsi ilə bağlı qərar verməsi Azərbaycan qanunvericiliyinə tamamilə ziddir. 

Həmçinin MəhkəməsinəSabunçu qəsəbə nümayəndəsi Məhərrəm Mehrəliyev, iddiaçı tərəf Oruc Əhmədov və onun nümayəndəsi Fikrət Məmmədov məhkəməyə bilərəkdən və şüurlu şəkildə saxta sənəd təqdim etdiklərinə görə cinayət əməlinə yol veriblər və buna görə hər üç məsul şəxs cinayət məsuliyyətinə cəlb olumalıdır. Elə bu üzdəndə PİA.AZ-ın baş redaktoru öz vəkili vasitəsi ilə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayətinin verir və hər üçü məsul şəxs haqqında cinayət işinin açılması ilə bağlı Ali Məhkəmədə vəsadət qaldıracaq.

Onu da bildirək ki, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin hüquqa qarşı bu şəkildə davranması ancaq təəssüf doğurur. İcra başçısının məhkəməninin Sabunçu rayonunda keçirilməsi ilə bağlı israrı heç də başa düşülən deyil və buna görə dövlət məmurunun qanunları çeynəməsi Azərbaycan dövlətinin hüquqi dövlət prinsiplərinə tamamilə ziddir.  Həmçinin icra başçısı öz hərəkəti ilə Aəzrbaycanın beynəlxal imicinə ciddi ziyan vurur. 

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasındakı çıxışı zamanı Azərbaycanda diffamasiyaya görə heç kimin təqib olunmadığını bildirmişdi. 

Amma görünən odur ki, bir çox məmurlar, o cümlədən Adil Vəliyev prezidentin bu sözlərinin əksini sübut etmək üçün yarışa giriblər.

pia.az








Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...