General keçmiş partiya sədrinin oğlunu işdən çıxarıb - AÇIQLAMA

General keçmiş partiya sədrinin oğlunu işdən çıxarıb - AÇIQLAMA

CƏMİYYƏT

30.09.2024, 11:39

Ləğv olunmuş Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun Fövqəladə Hallar Nazirliyində (FHN) general köməkçisi işləyən oğlu Cavid Səmədov vəzifəsindən azad edilib. 

Məlumata görə, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin köməkçisi vəzifəsində çalışan daxili xidmət mayoru Cavid Səmədov vəzifəsindən azad olunaraq, sərəncama götürülüb. 

Partiya sədrinin oğlu Faiq Tağı-zadənin əmri ilə vəzifəsindən azad edilib. 

Abutalıb Səmədov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib:  "Övladım 40 yaşı keçib və mən bilən öz istəyi ilə vəzifəsindən azad edilərək, təqaüdə göndərilib".

MİA.AZ
 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR