"Hizbullah" təkzib etdi: "Haşim Safiyuddin Nəsrullahın yerinə keçməyib"

img

30-09-2024 [08:32]


""Hizbullah" hərəkatının icra şurasının rəhbəri Haşim Safiyuddin İsrailin hücumunda öldürülən baş katibi Həsən Nəsrullahın yerinə seçilməyib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı "Hzbuillah"ın bəyanatında yer alıb.

Bildirilib ki, yayılan və dünya mediasında tirajlanan bu xəbər doğru deyil: "Bəzi KİV-lərdə yayılan xəbərlər tamamilə yalandır. “Hizbullah rəhbərliyindən rəsmi açıqlama verilməyincə, bu barədə hər hansı xəbər mötəbər sayıla bilməz".

Qruplaşma yeni liderin müəyyənləşməsi istiqamətində proses getdiyini də gizlətməyib.

Xatırladaq ki, "Hizbullah" lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR