"Qızıl qol"u vuran Mario Qötze danışdı

img

14-07-2014 [10:47]


"DÇ-2014"ün finalında matçın yeganə qolunu vuraraq komandasına dünya kubokunu qazandıran Almaniya millisinin futbolçusu Mario Qötze Argentina üzərindəki qələbəni şərh edib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, gənc futbolçu vurduğu qolla xəyallarını gerçəkləşdirdiyini bildirib:

"Komandamın qələbə qolunu vurduğum üçün çox sevinirəm. Həmin epizodda sadəcə topa vurdum və qol oldu. Xəyallarım gerçəkləşdi. Braziliyada qazandığımız bu uğura görə komandamla qürur duyuram".

Qeyd edək ki, finalda Qötzenin qolu sayəsində Argentinanı 1:0 hesabı ilə məğlub edən Almaniya millisi tarixində dördüncü dəfə dünya çempionu olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA